Layiqlilərə səs verək

  • 23.07.2024, 11:36,
  • Gündəm
  • Baxılıb: 219
Layiqlilərə səs verək

Məlum olduğu kimi 01 sentyabr 2024-cü il tarixində respublikamızda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Təbii ki, bu seçkilərdə hər bir Azərbaycan vətəndaşına konstitusiya əsasında verilən müvafiq hüquq, seçib-seçilmək imkanı var. Hazırda Qanuna əsasən bu proses davam edir. Verilmiş imkandan istifadə edərək qanun əsasında öz namizədliyini fərdi və ya digər müəyyən edilmiş tələbləri nəzərə alaraq Azərbaycan vətəndaşları öz namizədliklərini irəli sürür və bunun üçün həç bir məhdudiyyət yoxdur və rayon ərazisində onlar üçün sərbəst hərəkət imkanları yaradılıb. Bir ağsaqqal və ziyalı kimi mənim arzum ondan ibarətdir ki, bu namizədlər özlərinin intelektual səviyyələrini nəzərə almalı və kifayət qədər seçiciləri inandırmalıdırlar ki, onlar əgər seçilərlərsə parlamentdə layiqli yer tutmaqla onun işində lazımlı mandata sahib olmaqla öz tövhələrini verə biləcəklər.
Bu gün rayonumuzda qanunamüvafiq olaraq onların tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan fəaliyyətinə imkan yaradılıb. Bundan istifadə edən namizədlər artıq imza vərəqələrinin doldurulmasına başlamışlar. Rayonumuzun seçiciləri bu kompaniyaya qoşulub və böyük həvəslə öz töhfələrini vermək arzusundadırlar. Bu bizi çox sevindirir və seçki günü məntəqələrdə vaxtında olub, seçəcəkləri namizədlərə böyük həvəslə səs verəcəklərinə ümid yaradır.
Biz yalnız Parlamentin işində öz töhfəsini verə biləcək, rayonumuzu və bütövlükdə Respublikamızı hər yerdə yüksək səviyyədə təmsil edə biləcək namizədlər görmək arzusundayıq.
İnanıram ki, Rayonumuzun seçki hüququna malik olan vətəndaşları bu dövlətçiliyimiz üçün çox vacib olan mərhələdə öz fəallıqlarını nümayiş etdirməklə layiqli təmsilçilərin seçilməsində yaxından iştirak edəcəklər.

Salyan rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev
Mədəniyyət