Yüksək siyasi fəallıq şəraitində
- 23.07.2024, 11:37,
- Gündəm
- Baxılıb: 207
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında növbədənkənar palament seçkilərinin keşirilməsi vətəndaşların yüksək siyasi fəallığı və coşqusu ilə müşaiyyət olunacaqdır. Vətəndaşlarımız növbəti dəfə öz siyasi əqidələrini tam demokratik və şəffaf abı-həva şəraitində ortaya qoymaqla ölkə parlamentinin formalaşmasında yaxından və bilavasitə iştirak edəcəklər.
Ölkəmizin siyasi həyatında çox önəmli tarixi hadisə olan parlament seçkilərinin növbədənkənar keçirilməsinin mahiyyəti onunla bağlıdır ki, Azərbaycan işğal olunmuş torpaqlarının azad olunması uğrunda apardığı cahanşümul tarixi zəfər sayəsində müqəddəs torpaqlarımız düşməndən azad edilmiş və respublikamız öz suverenliyini tam şəkildə bərpa etmişdir. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam şəkildə təmin edilməsindən sonra ölkə ərazisində növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruri hadisəyə çevrilmişdir. Cari ilin fevral ayında xalqımızın böyük siyasi fəallığı şəraitində keçirilmiş növbədənkənar prezident seçkiləri suverenliyimizin tam bərpasının təntənəsinə çevrilmişdir. Xalqımız tarixi qələbəmizi bizə bəxş edn layiqli oğluna – müzəffər, qalib sərkərdəsinə öz səsini verməklə onu növbəti dəfə prezident seçmişdir. Növbədənkənar palament seçkilərinin keşirilməsi də bu siyasi təzahürün davamə olaraq zəruri və labud siyasi əhəmiyyət kəsb edir.
Respublikamizda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi rayonumuzda lazımi seçki mühiti yaradılmlşdır. Yeri gəlmişkən rayon sakini Cəfər Cəfərlinin növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü iddialarının heç bir əsası yoxdur. Və bu cür iddiaları ölkəmizdə böyük siyasi hadisə olan seçki prosesini gözdən salmaq kimi iymətləndirir və bir ziyalı, bir vətəndaş kimi bu cür halları qətiyyətlə pisləyirəm. Ölkə konstitusiyasına və seçki məcəlləsinə uyğun olaraq hər bir vətəndaş üçün demokratik şərait təmin edilmişir. Belə ki, seçki hüququ olan vətəndaşlar seçkilərdə iştirak edə və öz namizədliyini irəli sürə bilərlər. Heç bir məhdudiyyət və baryer qoyulmadan vətəndaşlar bilavasitə parlamentin formalaşmasında iştirak etmək hüququna malikdirlər.
Artıq seki dairələri üzrə namizədlərin qeydə alınması prosesinə başlanmışdır. Rayonumuzda da bu istiqamətdə tam demokratik şəraitdə işlər gedir. Qeydiyyatdan keçmiş bütün siyasi partiyalar seçki qanununa müvafiq olaraq öz namizədlərini irəli sürüb qeydə alına bilərlər. Eləcə də hər bir vətəndaş müstəqil olaraq öz namizədlərini irəli sürüb qeydə alına bilərlər. Bunun üçün hər yerdə lazımi demokratik və hüquqi təminat yaradılmışdır.. Rayonumuzda artıq namizədlərin qeydə aqlınması prosesinə başlanmışdır.
İnaniram ki, ölkəmizdə növbədənkənar parlament seçkiləri vətəndaşların yüksək siyasi fəallığı şəraitində keçiriləcək, layiqli namizədlərimiz parlamentdə təmsil olunacaqlar.
Rayon Zyalılar Birliyinin üzvü, tarixçi-tədqiqatçı Sahib Həsənov.