UNICEF: “Dünya buna biganə qala bilməz”

  • 14.12.2024, 12:46,
  • Dünya
  • Baxılıb: 2
IMG

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun  icraçı direktoru Ketrin Rassel deyib ki, dünya Qəzzada hər gün qan tökülməsinə,uşaqların  aclığa, xəstəlik və soyuğa məruz qalmasına biganə qala bilməz.

Rassel Qəzzada baş verənlərlə bağlı yazılı açıqlama verib.Dünən Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsinə edilən hücumda ən azı 8-i uşaq olmaqla 33 nəfərin öldüyünü, hava hücumlarında isə 50 nəfərin yaralandığını xatırladan Rassel Qəzzada son 14 ayda 14 min 500-dən çox uşağın öldüyünə diqqət çəkib. 1,1 milyon uşağın isə təcili qorunma və psixi sağlamlıq dəstəyinə ehtiyacı var.

Qəzzanın şimalında qıtlıq təhlükəsinin davam etdiyi bir vaxtda humanitar yardımlara girişin ciddi şəkildə məhdudlaşdırıldığına diqqət çəkən Rassel minlərlə uşağın dəri döküntüsü və kəskin respirator infeksiyalardan əziyyət çəkdiyini ifadə edib.

“Bu qədər uşağın hər gün qanının  tökülməsinə, onların  aclıq, xəstəlik və soyuğa məruz qaldığı bir vaxtda dünya bu duruma biganə qala bilməz.” – deyə Rassel bildirib.

Mədəniyyət