Lerikdə seçiciləri Mehriban Paşayevanı böyük sevinclə qarşılayıblar

  • 03.02.2020, 16:43,
  • Gündəm
  • Baxılıb: 314
Lerikdə seçiciləri Mehriban Paşayevanı böyük sevinclə qarşılayıblar


78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini verən Mehriban Paşayeva təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşünü davam etdirir.

Hər bir seçicisini fərdi qaydada dinləyən, problemini öyrənməyə çalışan namizəd müəyyən edilmiş proqrama uyğun olaraq 29.01.2020 tarixində Lerikin Cəngəmiran kəndində görüşlər keçirib. 30.01.2020 tarixində isə Dastər və Piran kəndlərində olub. Qeyd edək ki, bu kəndlərin seçiciləri bütün seçkilərdə aktiv olublar. İmzatoplama kampaniyası zamanı da bu kəndlərin sakinlərindən böyük diqqət, etimad göstəriblər. Eyni əhvali-ruhiyyə ilə 3 kənddə görüşlərə yekun vurulub. Kənd sakinləri Mehriban Paşayeva qarşı çox isti və səmimi münasibət göstəriblər.Bu seçkilərdə Lerikdən yeganə xanım namizəd olaraq onun belə cəsarət göstərib qarlı havada kəndlərdə götüşlər keçirməsini yüksək qiymətləndiriblər. Kənd ağsaqqaları Mahriban Paşayevanın seçicilərə belə diqqət göstərməsini böyük sevinclə qarşılayıblar. Ona hər bir işində uğurlar arzulayıblar. 9 fevralda yekdilliklə Mehriban Paşayevaya səs verəcəklərini bildiriblər.Mehriban Paşayeva kənd sakinlərinə qarlı və soyuq havada onunla görüşə gəldikləri və xoş münasibət göstərdikləri üçün dərin təşəkkürünü bildirib.Bütün görüşlərdə sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Mehriban Paşayeva bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib: "Əziz leriklilər, sizlərlə görüşmək, sizləri dinləmək, çətinliklərinizə yardımçı olmaq, mənim üçün qürurdur və bu, mənim işimə olan məsuliyyətimi daha da artırır. Mən hər zaman sizin yanınızda olacam. Çünki sizlər mənim mənəvi gücümsüz. Sizlər mənim istinad yerim, güc mənbəyimsiz. Mən leriklilərə inanıb bu yola çıxmışam. Sizlər mənə etimad göstərib fevralın 9-da Milli Məclisə üzv seçərsinizsə həm ümumrespublika xarakterli, həm də bilavasitə deputat seçiləcəyim Lerikin problemlərinin həllinə diqqət yetirəcəyəm. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxır. Mən də seçilərəmsə bu baxımdan sizlərlə olacam. Çalışacam ki, hər zaman Leriklilərin ümid yeri olum".Mehriban Paşayeva deyib ki, Leriklilərə qarşı olan hər hansı haqsızlığı özünə qarşı bilmiş olacaq və bunların aradan qaldırılmasına çalışaq"Belə halların təkrarlanmaması üçün aidiyyəti orqanlarda məsələ qaldıracam. Mən sizə vəd verməyə yox, iş görməyə gəlmişəm. Sizlər üçün çalışmağı özümə şərəf bilirəm. Millət vəkili kimi sizin arasında olacağam. Hər birinizin müraciət və təkliflərinizlə şəxsən tanış olub lazımi tədbirlərin görülməsinə çalışacağam".Deputatlığa namizəd Mehriban Paşayeva seçicilərin təklif və iradlarını dinləyərək cavablandırıb.

Lerikdə seçiciləri Mehriban Paşayevanı böyük sevinclə qarşılayıblar
Lerikdə seçiciləri Mehriban Paşayevanı böyük sevinclə qarşılayıblar
Lerikdə seçiciləri Mehriban Paşayevanı böyük sevinclə qarşılayıblar
Lerikdə seçiciləri Mehriban Paşayevanı böyük sevinclə qarşılayıblar
Mədəniyyət