İNANAQ VƏ SƏS VERƏK

  • 24.01.2020, 03:08,
  • Gündəm
  • Baxılıb: 517
İNANAQ VƏ SƏS VERƏK
İNANAQ VƏ SƏS VERƏK
İNANAQ VƏ SƏS VERƏK
İNANAQ VƏ SƏS VERƏK


Hörmətli seçicilər, Sumqayıt şəhərimin gözəl sakinləri !!!

Mən Şahquliyev Vüqar Mərdan oğlu 42 saylı Sumqayıt ikinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə sizin namizədinizəm. Mən əslən qərbi Azərbaycanlı 1990-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi 13 saylı tam orta məktəbdə almışam. 2008-ci ildə Rusiya Dövlət Sosial Universitetinin (РГСУ) Hüquq fakultəsinə qəbul olmuşam. 2013-cü isə ildə təhsilimi bakalavr və magistr dərəcəsində bitirmişəm. 2013-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasında Milli Orduda xidmət etmişəm. 2015-2017-ci illərdə Dostluq MOP MMC-də direktor müavini vəzifəsində çalışmışam. 2017-ci ildə Hüquq və İnsan Azadlıqlarının Müdafiəsi ictimai birliyini təsis etmişəm. 2019-cu ildən bu yana Mərdanoğlu MMC-də hüquqşunas vəsifəsində işləyirəm.

Hörmətli sakinlər! Məndə sizin kimi Azərbaycan Respublikasının sadə bir vətəndaşıyam. Məndə sizlər kimi ölkəmizin bugünkü vəziyyətini və problemlərinin nələr olduğunu çox gözəl bilirəm: İş yerlərinin az olması, kommunal problemlər, Təhsil sistəmi ilə bağlı boşluqlar, Səhiyyə sistemi ilə bağlı boşluqlar, Əsasəndə gənc nəsilin düzgün istiqamətləndirilməsi problemi.

Hər birimizə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son çıxışlarında bu mövzulara, vətəndaşlara yaradılan problemlərə toxunub. Artıq son zamanlarda ciddi islahatların, sürətli inkişafın növbəti mərhələsinə start verilib. Cənab Prezident bu islahatlarda yenilikçilərə, gənclərə, xüsusi önəm verdiyini vurğulayır. Buna görə də məndə gənc kadr olduğum üçün millət vəkili olmaq qərarına gəldim.

Hörmətli seçicilərim! Məni gənc kadr olaraq millət vəkili olmağa layiq bilib, mənə səs versəniz, Sizə söz verirəm ki, problemlərinizi dinləyəcəm və onların həll olunması istiqamətində bütün səylərimi göstərəcəyəm. Odur ki, hər birinizi 9 fevral 2020-ci ildə Milli Məclisə seçkilərdə mənə səs verməyə çağırır, ölkəmizin gələcəyini birgə həll etməyə səsləyirəm.

Hörmətli seçicilər! Sizi 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə fəal iştirak etməyə, öz səsvermə hüququnuzdan istifadə edərək sizlərdən biri olan Mən Şahquliyev Vüqar Mərdan oğluna səs verməyə səsləyirəm.
Mədəniyyət