Erməni faşizmi və erməni mifologiyası darmadağın edildi

Erməni faşizmi və erməni mifologiyası darmadağın edildi

İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə Azərbaycan üçün müstəqillik və dövlətçilik tarixində çox böyük bir hadisə oldu. 30 il işğal altında olan torpaqlarımızın mənfur düşmənlərdən- erməni faşistlərindən azad edilməsi bütün dünyaya göstərdi ki, Prezidentimiz, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Cənubi Qafqazın yalnız lideri deyil, həm də qalib dövlətinin vətəndaşıdır.
44 günlük müharibənin ilk günlərindən Azərbaycan Ordusu əsil vətənpərvərlik dastanı yazdı. Xalqımız dünyaya qəhrəmanlığın, vətən uğrunda mübarizə aparmağın əsl nümunəsini göstərdi. Döyüş meydanında ard-arda rayonlarımızın, kənd və şəhərlərimizin alınması ordumuzun hansı qüdrətə, hansı əzmə malik olduğundan xəbər verdi. Uğurla həyata keçirilən hərbi əməliyyatlar isə ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin gücü ilə bağlı deyilənlərin əyani təsdiqi oldu.
Müharibənin ilk günlərindən ordunun döyüş qabiliyyətinin artırılması, ən müasir hərbi texnikanın alınması Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri oldu. Bir sözlə, Ermənistan oz ordusu ətrafında mif yaradanda, danışıqlar prosesini imitasiya edəndə Azərbaycan ordu quruculuğu sahəsindəöz işini gördü. Və bu iş elə bir səviyyəyə çatdı ki, işğal olunmuş ərazilərdəki möhkəmləndirilmiş istehkamlar da onun qarşısında aciz qaldı.
Azərbaycan Ordusu bu qələbə ilə sübut etdi ki, Ermənistanın silahlı qüvvələrinin məğlubedilməzliyi ilə bağlı iddiaları mifdən başqa bir şey deyilmiş. Müharibədən sonra hətta güclü ordusu olan dövlətlər Azərbaycanın döyüş meydanında yaratdığı nümunəni, təcrübəsini öyrənməyə çalışırlar.
Müharibə başlanandan düz 42 gün müddətində Ermənistanın aidiyyəti orqanları ölkə ictimaiyyətini aldatmaqla məşğul oldular. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının ardınca Şuşanın alınması Vətən müharibəsində Azərbaycanın hərbi qələbələrinin zirvəsi oldu. Ordumuz artıq Şuşaya hücum etdiyi bir vaxtda Ermənistan Müdafiə Nazirliyinin rəsmisi A.Ovannisyan keçirdiyi brifinqlərdə Hadrut ətrafında döyüşlərin getməsi, hətta ermənilərin öz mövqelərini yaxşılaşdırmaları barədə yalanlar danışırdı. Noyabrın 8-də Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra da yalan informasiyalar dövriyyəyə buraxılırdı. Noyabrın 10-da gecə saatlarından N.Paşinyanın kapitulyasiya aktını imzalamasından sonra Ermənistan ictimaiyyəti əsl həqiqətlərdən xəbərdar oldu.
Əslində Ermənistan nəiniki müharibənin 44 günü ərzində, ümumiyyətlə, ötən 30 ildə, elə indi də yalanlarla idarə olunan bir işğalçı dövlətinu ən utancverici dövrünü yaşayır. Bütün Ermənistan vətəndaşları işğal siyasətinin qurbanına çevriliblər və üzləşdikləri əzaba və rüsvayçılığa boyun əyməkdən başqa yolları qalmayıb. Xəstə erməni təfəkkürünün, özgə torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi. Bizim çaldığım Qələbə ilə erməni əsgərinin «cəsur», «məğlubedilməz», istənilən müharibədə qalib olması haqqında mif darmadağın edildi. Onlar özləri etiraf etdilər ki, erməni əsgəri fəraridir, qorxaqdır. Müharibənin gedişatında 10 min fərarinin olması faktı da buna əyani sübutdur. Ancaq bizi tərəfdən bir nəfər də olsun fərari qeydə alınmadı. Azərbaycan əsgəri hayqırıb döyüş meydanına atıldı. Yaralı silahdaşını da çiyninə alıb yalnız irəli hücüm etdi. Uzun illər azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacaqları haqqında ermənilərin yaratdıqları növbəti mif də məhv oldu. Komissarlıqlarda yaşından asılı olmayaraq könüllülərin qarşısını kəsmək mümkün olmadı. Biz bütün dünyaya sübut etdik ki, vəziyyətlə barışmayacağıq.
Nəinki Azərbaycan xalqı, bütün dünya gördü ki, uzun illər «basılmaz» sərkədələri ilə fəxr edən erməni generalları əslində qorxaq, fərari, cəllad, yalnız əliyalın əhali ilə vuruşmaq qabiliyyətinə malik yalançı hərbçilərdir. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan Qarabağdan qaçıb gizləndilər. Onların «qəhrəman» generallar deyə ümid etdikləri bu mif də beləcə yerlə-yeksan oldu.
Ermənilər bütün dünyaya car çəkirdilər ki, guya onlar qədim tarixə, mədəniyyətə malikdirlər və burada “vəhşi müsəlmanlar” arasında qalıblar. Əslində onlar dağıtdıqları binalar, qazılmış qəbirlər, dağıdılmış məscidlərlə özlərini vəhşi, vandal, faşist kimi apardıqlarını göstərdilər. Müharibədən sonra, məqsədyönlü şəkildə, evlərin kərpiclərini, daşlarını söküb aparıblar. Qarabağdan gedərkən də istədikləri vaxt ərzində, noyabrın 25-nə qədər olan müddətdə onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, ağacları kəsib yandırdılar. Budur erməni vəhşiliyi.
Onlar bizim təbii sərvətlərimizi də talan edirdilər. Sirr deyil ki, bir çox xarici şirkətlər onlara bu işdə yardım göstəriblər.
Avqustun 16-da möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Kəlbəcər və Laçında səfərdə olmuşlar. Bütün bu məsələlərə aydınlıq gətirən ölkə rəhbərimiz öz çıxışında bildirmişdir: «Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər».
Bizim torpaqlarımızın 60 min hektarında olan meşə fondumuz dağıdılb, çaylarımız zəhərlənib. Dövlət başçımız bildirib ki, Oxçuçayı zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.
Prezidentimiz tərəfindən o da vurğulanıb ki, bütün erməni vəhşiliyi, erməni faşizmi, erməni vandalizmi haqqında xarici ölkələrdə sərgilər olacaq. Biz bütün dünyaya göstərəcəyik ki, erməni faşizmi, erməni vəhşiliyi nədir.
Artıq Azərbaycan işğaldan azad etdiyi torpaqlarında böyük quruculuq, bərpa işləri aparır. Yenilik, müasirlik bu torpaqlarımıza bir başqa ruh, bir başqa gözəllik, bir başqa əmin-amanlıq gətirəcək.

Sərvəddin Cəfərov,
Salyan bələdiyyəsinin sədri
Mədəniyyət