1959 cu ildə Şəki r/n Baş Şabalıd k-də anadan olmuşam.1974 cü ildə səkkizinci sinfi tərifnamə ilə bitirərək Şəki Pedaqojo məktəbinə daxil olmuşam.1978 ci ildə ŞPM-ni fərqlənmə diplomu ilə bitirərək ADPİ-na daxil olmuşam.1982 ci ildə həmin institutu bitirib Şəki Pedaqoji məktəbinə təyinatla müəllim gəlmişəm.1983-1984-cü illərdə hərbi xidmətdə olmuşam.Hərbi xidmətdən qayıdıb həmin məktəbdə fəaliyyətimi davam etdirmişəm.1990 cu ildən həmin texnikumda təcrübə rəhbəri işləmişəm.2021 ci ildən ŞəkiDövlətRegional Kollecində şöbə müdiri işləyirəm.1996 cı lildən YAP-nın üzvüyəm. Yuxarıbaş ərazi partiya təşkilatının sədriyəm.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.
Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Tarixin konkret məqamında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davam etdirilməsininin labüdlüyünü şərtləndirən amillər Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət olmuşdur. Belə bir zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti həmin konsepsiyanın uğurlarını öz həyatında yaşayan Azərbaycan xalqının sosial sifarişi kimi ortaya çıxmışdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidməti də məhz bundan ibarətdir ki, ümummilli liderimiz müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, dərin zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır.
Azərbaycan xalqının ümummilli liderinin siyasi kursunun davamçısı İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin təhlili göstərir ki, ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar ardıcıllıqla həyata keçirilmiş, zəruri hallarda dövrün tələblərinə uyğun keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti, gördüyü işlər onu deməyə əsas verir ki, o, Heydər Əliyev ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXl əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən və inkişaf etdirən dövlət xadimidir. Artıq doqquz ildir ki, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli sürətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, ölkənin maraq və mənafeyini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona hörmət və məhəbbətini qazandırmışdır. "İlham Əliyev daxili və xarici siyasətdə dəqiq koordinatlar sistemi qura bilmişdir. O, ardıcıl olaraq özünün əsas məqsədinə-Azərbaycanı inkişaf etmiş sabit iqtisadiyyata malik, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək məqsədinə" (Mixail Pojivanov) nail olmuşdur.
Göründüyü kimi, əsası qüdrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiya Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Ulu öndərin ideyalarının davamçısı İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, onun dövlət idarəçiliyi prinsipləri, qəbul olunan əzəmətli və proqram xarakterli qərarlar və onların yüksək səviyyədə yerinə yetirilməsi, cəmiyyətdə hökm sürən milli birlik və həmrəylik, siyasi kursa sadiqlik, habelə verdiyi vədlərin əməli fəaliyyətə praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ideyaları ölkəmizin hərtərəfli və dinamik inkişafına istiqamət verdiyi kimi, həm də bu ideyalar Azərbaycanın davamlı inkişafının əsasını təşkil edir.
İsmayılov Şahid Nəzir oğlu