Hey­dər Əli­yev – müa­sir Azər­bay­can döv­lə­ti­nin əbə­di­ya­şar me­ma­rı

  • 10.05.2024, 18:30,
  • Gündəm
  • Baxılıb: 204
Hey­dər Əli­yev – müa­sir Azər­bay­can döv­lə­ti­nin  əbə­di­ya­şar me­ma­rı

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.

“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.


Bə­şər ta­ri­xin­də li­der­lə­rin bö­yük­lü­yü bir tə­rəf­dən ya­şa­dı­ğı dövr­də gör­dü­yü iş­lə­rin, ya­rat­dıq­la­rı­nın əhə­miy­yə­ti ilə öl­çü­lür­sə, di­gər tə­rəf­dən on­la­rın fəa­liy­yə­ti­nin gə­lə­cə­yin axa­rı­na tə­si­ri, əks-sə­da­la­rı ilə müəy­yən­lə­şir.
Də­rin fəl­sə­fə­yə əsas­la­nan, da­im za­ma­nın nəb­zi­ni tut­ma­ğı, ha­di­sə­lə­rə müd­rik qiy­mət ver­mə­yi, si­ya­si po­ten­sia­lı­nı çe­vik də­yər­lən­dir­mə­yi ba­ca­ran şəx­siy­yət­lər cə­miy­yət­də­ki pro­ses­lə­ri düz­gün is­ti­qa­mət­lən­dir­mə­yə na­il olur, təm­sil et­dik­lə­ri xalq­la­rı za­ma­nın sərt fır­tı­na­la­rın­dan, çə­tin sı­naq­la­rın­dan üzüağ çı­xa­rır, mil­li xi­las­ka­ra çev­ri­lir­lər. Müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­su və me­ma­rı, bü­tün var­lı­ğı ilə və­tə­ni­nə, xal­qı­na bağ­lı olan dün­ya şöh­rət­li si­ya­sət­çi və bö­yük döv­lət xa­di­mi, ümum­mil­li li­der Hey­dər Əli­yev çağ­daş ta­ri­xi­miz­də əbə­di­ləş­mış, res­pub­li­ka­mı­za rəh­bər­li­yi­nin bü­tün dövr­lə­rin­də və­tən və xalq qar­şı­sın­da mi­sil­siz xid­mət­lər, xi­las­kar­lıq mis­si­ya­sı, zən­gin döv­lət­çi­lik ir­si nü­mu­nə­si gös­tər­miş­dir. Bir qə­ri­nə­dən də çox za­man kə­si­yin­də Azər­bay­ca­na rəh­bər­lik et­miş ulu ön­dər Hey­dər Əli­yev tək­cə bu dövr­də de­yil, bü­tün hə­ya­tı bo­yu xal­qı­mı­zın ri­fa­hı­nı dü­şü­nə­rək, bu ali amal uğ­run­da yo­rul­maz fəa­liy­yət gös­tə­rib, öm­rü­nü bu yol­da fə­da et­di­yi üçün qəlb­lər­də dai­mi sev­gi, yad­daş­lar­da əbə­di­ya­şar­lıq qa­za­nıb. Müa­sir ta­ri­xi­mi­zə ən bö­yük azər­bay­can­lı ki­mi həkk olun­muş Hey­dər Əli­yev döv­rün ən sərt və çə­tin sı­naq­la­rın­dan ke­çə­rək, qə­dir­bi­lən xal­qı­mı­za mil­li döv­lət­çi­lik ənə­nə­lə­ri­ni va­hid sis­tem ha­lı­na sa­la­raq özü­nü­təs­diq im­ka­nı qa­zan­dı­rıb, müs­tə­qil döv­lət­də ya­şa­maq və özü­nü ida­rə et­mək haq­qı­nı qo­ru­ma­ğı ba­ca­rıb.
Bu, bir ta­ri­xi ger­çək­lik­dir ki, Azər­bay­can ötən əsrdə iki də­fə döv­lət müs­tə­qil­li­yi qa­za­nan az say­lı öl­kə­lər­dən­dir. Azər­bay­ca­nın ən ye­ni ta­ri­xin­də, cə­mi 30 il əv­vəl öl­kə­miz­də baş ver­miş ic­ti­mai-si­ya­si mü­hi­tə, qı­sa şə­kil­də, xro­no­lo­ji ar­dı­cıl­lıq­la ya­şa­mış ol­du­ğu­muz ha­di­sə­lə­rə nə­zər sal­maq və bu gün şa­hi­di ol­du­ğu­muz nə­həng uğur­la­rın han­sı çə­tin­lik­lər he­sa­bı­na ba­şa gəl­di­yi­ni bir da­ha xa­tır­la­maq ol­duq­ca qü­rur­ve­ri­ci­dir.
Mə­lum ol­du­ğu ki­mi, keç­miş SSRİ rəh­bər­li­yi­nin Azər­bay­ca­na qə­rəz­li mü­na­si­bə­ti­nin tə­za­hü­rü ola­raq əzə­li tor­pa­ğı­mız olan Dağ­lıq Qa­ra­bağ­da kəs­kin mü­na­qi­şə­li və­ziy­yət ya­ran­mış, 1990-cı ilin yan­var ayın­da Ba­kı­ya so­vet or­du­su­nun ye­ri­dil­mə­si mis­li gö­rün­mə­miş qan­lı fa­ciə ilə nə­ti­cə­lən­miş, hə­min vaxt ha­ki­miy­yət­də olan şəxs­lə­rin si­ya­si sə­riş­tə­siz­li­yi uc­ba­tın­dan öl­kə­miz ic­ti­mai-si­ya­si və so­sial-iq­ti­sa­di böh­ran­la üz­ləş­miş, Azər­bay­can, sö­zün əsl mə­na­sın­da, məhv ol­maq təh­lü­kə­si ilə üz-üzə qal­mış­dı. Məhz qeyd olu­nan ha­di­sə­lər fo­nun­da, be­lə bir çə­tin mə­qam­da Mosk­va­da təh­did və təz­yiq­lər al­tın­da ya­şa­yan, öz hə­ya­tı­nı da­im Azər­bay­ca­na qur­ban ver­mə­yə ha­zır olan dün­ya şöh­rət­li si­ya­si xa­dim Hey­dər Əli­yev ye­ni­dən öz xal­qı­nın ya­nın­da ol­ma­ğa qə­rar ver­di, Mosk­va­da 20 yan­var fa­ciə­si ilə bağ­lı öz möv­qe­yi­ni bil­di­rə­rək Azər­bay­ca­na qa­yıt­dı. Ta­rix bir da­ha sü­but et­di ki, bu qa­yı­dı­şın əsas sə­bə­bi bö­yük si­ya­sət­çi­nin öz xal­qı­na olan ina­mın­dan, onun Azər­bay­ca­na bağ­lı­lı­ğın­dan irə­li gə­lir­di.
Təəs­süf ki, öl­kə­mi­zə qa­yı­dan ulu ön­dər o vaxt­kı ha­ki­miy­yə­tin təh­did­lə­ri nə­ti­cə­sin­də Ba­kı­dan Nax­çı­va­na get­mə­yə məc­bur ol­du. Azər­bay­ca­nın si­ya­si ta­ri­xin­də par­laq iz qoy­muş bu bö­yük şəx­siy­yə­tin ora­da ye­ni­dən si­ya­si ha­ki­miy­yə­tə qa­yı­dı­şı, sı­ra­vi de­pu­tat, son­ra­lar isə Mux­tar Res­pub­li­ka­nın rəh­bə­ri ki­mi fəa­liy­yət gös­tər­mə­si Nax­çı­van­dan baş­la­nan müs­tə­qil­lik yo­lu­nun bü­tün Azər­bay­can si­ya­si mü­hi­tin­də baş­lı­ca məq­sə­də çev­ril­mə­si­nə, mil­li döv­lət­çi­li­yin bər­pa­sı is­ti­qa­mə­tin­də qə­ti ad­dım­la­rın atıl­ma­sı­na gə­ti­rib çı­xar­dı. Bu­ra­da xü­su­si vur­ğu­la­maq la­zım­dır ki, ulu ön­dər Nax­çı­van­da ça­lı­şar­kən yal­nız Mux­tar Res­pub­li­ka­nın de­yil, öl­kə­mi­zin ta­le­yi üçün bir sı­ra mü­hüm qə­rar­la­rın ve­ril­mə­si­nə na­il ol­muş, o cüm­lə­dən, 20 yan­var fa­ciə­si­nə hü­qu­qi-si­ya­si qiy­mət ve­ril­miş, üç­rəng­li bay­ra­ğı­mız döv­lət bay­ra­ğı ki­mi qə­bul edil­miş, döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin qu­rul­ma­sı üçün mü­hüm ad­dım­lar atıl­mış­dır.
Müs­tə­qi­li­yin ilk il­lə­rin­də mil­li döv­lət­çi­lik mə­na­fe­lə­ri­nə xid­mət edən iq­ti­da­rın yox­lu­ğu, ha­ki­miy­yə­tin bir qrup sa­vad­sız, sə­riş­tə­siz, bə­zən isə xə­ya­nət­kar şəxs­lə­rin əli­nə keç­mə­si öl­kə­də ida­rəo­lun­maz bir və­ziy­yə­tin ya­ran­ma­sı­na, da­xi­li qar­şı­dur­ma­la­rın ge­niş vü­sət al­ma­sı­na gə­ti­rib çı­xar­mış­dı. Be­lə bir za­man­da öl­kə­nin ta­le­yi­nə bi­ga­nə ol­ma­yan zi­ya­lı­lar, sa­də in­san­lar Nax­çı­va­na üz tu­ta­raq Hey­dər Əli­yev­lə gö­rüş­lər ke­çi­rir, xal­qı üz­ləş­di­yi fə­la­kət­lər­dən, çə­tin­lik­lər­dən çı­xar­ma­sı üçün on­dan kö­mək is­tə­yir­di­lər. Ağır və­ziy­yə­tə döz­mə­yən in­san­lar qon­dar­ma yaş sen­zi­nin ləğ­vi üçün res­pub­li­ka­nın müx­tə­lif böl­gə­lə­rin­də mi­tinq­lər təş­kil edir, da­hi döv­lət xa­di­mi­nin ye­ni­dən bö­yük si­ya­sə­tə qa­yı­dı­şı­nı tə­ləb edir­di­lər. Nə­ha­yət, res­pub­li­ka­nın mü­tə­rə­qi fi­kir­li zi­ya­lı­la­rı 1992-ci ilin iyun ayın­da ye­ni si­ya­si mü­ba­ri­zə yo­lu se­çə­rək ümum­mil­li li­de­ri­mi­zin rəh­bər­li­yi ilə ye­ni par­ti­ya ya­rat­maq qə­ra­rı­na gəl­di­lər. Hə­min zi­ya­lı­lar okt­yabr ayın­da Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ra­dıl­ma­sı xa­hi­şi ilə ulu ön­dər Hey­dər Əli­ye­və mü­ra­ciət et­di­lər. Mü­ra­ciə­ti im­za­la­yan­lar yax­şı bi­lir­di­lər ki, ye­ni müs­tə­qil­lik qa­zan­mış öl­kə­ni düş­dü­yü ağır və dö­zül­məz və­ziy­yət­dən çı­xar­ma­ğa qa­dir ye­ga­nə şəx­siy­yət məhz ulu ön­dər Hey­dər Əli­yev­dir. Azər­bay­can xal­qı­nın is­tə­yi­nə heç za­man bi­ga­nə qal­ma­yan, özü­nün qu­rub-ya­rat­dı­ğı res­pub­li­ka­nın da­ğıl­ma­sı­na döz­mə­yən Hey­dər Əli­yev və­tə­nin dar gü­nün­də xal­qın sə­si­nə səs ver­di. Be­lə­lik­lə, 1992-ci il no­yab­rın 21-də müs­tə­qil Azər­bay­ca­nın çağ­daş döv­lət­çi­lik ta­ri­xin­də ye­ni sə­hi­fə açan əla­mət­dar ha­di­sə baş ver­di. Nax­çı­van­da 550-yə ya­xın nü­ma­yən­də­nin iş­ti­ra­kı ilə par­ti­ya­nın tə­sis qu­rul­ta­yı ke­çi­ril­di, ulu ön­dər yek­dil­lik­lə təş­ki­la­ta sədr se­çil­di. Müs­tə­qil­li­yə ye­ni­cə qo­vuş­muş Azər­bay­can­da mil­li mə­na­fe və döv­lət­çi­lik ma­raq­la­rı­nın təm­sil­çi­si ol­maq ki­mi mü­qəd­dəs ama­lı özü­nün si­ya­si idea­lı, əsas stra­te­ji xət­ti se­çən bu par­ti­ya­nın qı­sa müd­dət­də cə­miy­yət­də həl­le­di­ci çox­luq tə­rə­fin­dən öl­kə­ni ida­rə et­mə­yə qa­dir al­ter­na­tiv­siz qüv­və ki­mi qə­bul olun­ma­sı da məhz ulu ön­dər Hey­dər Əli­ye­vin fe­no­me­nal li­der­lik və ida­rə­çi­lik key­fiy­yət­lə­ri ilə şərt­lə­nir­di. 1993-cü ilin mə­lum iyun böh­ra­nı za­ma­nı öl­kə­nin ta­le­yi­nə bi­ga­nə ol­ma­yan in­san­lar yax­şı ba­şa dü­şür­dü­lər ki, Azər­bay­ca­nı sü­rət­lə fə­la­kə­tə sü­rük­lə­yən məkr­li plan­la­rın qar­şı­sı­nı al­ma­ğa, dü­çar ol­du­ğu fə­la­kət­lər­dən qur­tar­ma­ğa qa­dir ye­ga­nə şəx­siy­yət məhz Hey­dər Əli­yev­dir. Nə­ha­yət, Azər­bay­can xal­qı öz ta­ri­xi müd­rik­li­yi­ni sü­but edə­rək bö­yük oğ­lu Hey­dər Əli­ye­vi 1993-cu il iyu­nun 15-də ha­ki­miy­yə­tə gə­tir­di.
Ü­mum­mil­li li­der Hey­dər Əli­ye­vin Azər­bay­can rəh­bər­li­yi­nə qa­yı­dı­şı ilə öl­kə­nin ic­ti­mai-si­ya­si, so­sial-iq­ti­sa­di, el­mi-mə­də­ni hə­ya­tın­da, bey­nəl­xalq əla­qə­lər­də dö­nüş ya­ran­dı. Ulu ön­də­rin hə­ya­ta ke­çir­di­yi tə­xi­rə­sa­lın­maz təd­bir­lə­rin nə­ti­cə­si ki­mi, Mil­li Or­du­nun for­ma­laş­dı­rıl­ma­sı, Azər­bay­ca­nın mil­li mə­na­fe­lə­ri­ni qo­ru­ma­ğa qa­dir ni­za­mi si­lah­lı qüv­və­lə­rin ya­ra­dıl­ma­sı, tor­paq­la­rı­mı­zın mü­da­fiə olun­ma­sı ilə bağ­lı mü­hüm ad­dım­lar atıl­dı. Müs­tə­qil­li­yin ilk il­lə­rin­də baş ver­miş iq­ti­sa­di tə­nəz­zü­lün, və­tən­daş mü­ha­ri­bə­si­nin, Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı iş­ğal­çı­lıq si­ya­sə­ti­nin qar­şı­sı­nın alın­ma­sı, döv­lət­çi­lik ənə­nə­lə­ri­nin və sa­bit­li­yin bər­pa­sı məq­sə­di­lə Hey­dər Əli­ye­vin at­dı­ğı qə­tiy­yət­li ad­dım­lar qı­sa müd­dət ər­zin­də hər bir və­tən­da­şın hə­ya­tın­da hiss olun­ma­ğa baş­la­dı.
1994-cü il­də Er­mə­nis­tan ilə Azər­bay­can ara­sın­da atəş­kə­sin elan olun­ma­sı­na, “Əs­rin mü­qa­vi­lə­si”­nin im­za­lan­ma­sı­na, 1995-ci il­də Kons­ti­tu­si­ya­nın qə­bul edil­mə­si­nə, Şərq­lə Qər­bi bir­ləş­di­rən qə­dim İpək Yo­lu­nun bər­pa edil­mə­si­nə və di­gər mü­hüm əhə­miy­yət­li iş­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə na­il olun­du. Da­hi li­de­rin dü­şü­nül­müş və müd­rik si­ya­sə­ti nə­ti­cə­sin­də qı­sa za­man­da Azər­bay­can iq­ti­sa­diy­ya­tı in­ki­şaf et­di. İq­ti­sa­di azad­lıq və so­sial əda­lət prin­sip­lə­ri əsa­sın­da tor­paq üzə­rin­də ye­ni mül­kiy­yət mü­na­si­bət­lə­ri­ni ya­rat­maq, ba­zar iq­ti­sa­diy­ya­tı­nı və sa­hib­kar­lıq tə­şəb­bü­sü­nü in­ki­şaf et­dir­mək, öl­kə­nin iq­ti­sa­di müs­tə­qil­li­yi­nə, o cüm­lə­dən, ər­zaq tə­mi­na­tı­na na­il ol­maq və nə­ti­cə eti­ba­rı ilə Azər­bay­can xal­qı­nın mad­di ri­fa­hı­nı yük­səlt­mək məq­sə­di­lə MDB mə­ka­nın­da ilk də­fə ola­raq tor­paq is­la­ha­tı hə­ya­ta ke­çi­ril­di. Ba­zar iq­ti­sa­diy­ya­tı prin­sip­lə­ri­nin, sa­hib­kar­lıq sin­fi­nin for­ma­laş­dı­rıl­ma­sı məq­sə­di­lə döv­lət tə­rə­fin­dən zə­ru­ri ad­dım­lar atıl­dı. Sa­hib­kar­lı­ğın in­ki­şa­fı və bu sa­hə­də möv­cud prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı üçün ar­dı­cıl döv­lət proq­ram­la­rı qə­bul edil­di, qa­nun­ve­ri­ci­lik ba­za­sı ya­ra­dıl­dı.
İq­ti­sa­diy­yat­da apa­rı­lan is­la­hat­lar, qa­nun­ve­ri­ci­li­yin, ver­gi və bank sis­tem­lə­ri­nin sü­rət­lə də­yi­şən iq­ti­sa­di şə­rai­tə uy­ğun­laş­dı­rıl­ma­sı, ba­zar iq­ti­sa­diy­ya­tı prin­sip­lə­ri­nə ca­vab ve­rən ye­ni iq­ti­sa­di si­ya­sə­tin hə­ya­ta ke­çi­ril­mə­si Azər­bay­ca­nın dün­ya iq­ti­sa­diy­ya­tı­na in­teq­ra­si­ya­sı­na, döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin fə­al sub­yek­ti­nə çev­ri­lə­rək dün­ya miq­ya­sın­da la­yiq­li yer tut­ma­sı­na tə­kan ver­di. Ulu ön­də­rin tə­şəb­bü­sü və rəh­bər­li­yi ilə Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən iq­ti­sa­di is­la­hat­lar qı­sa bir za­man­da uğur­lu nə­ti­cə­lər ve­rə­rək iq­ti­sa­di in­ki­şa­fa gə­ti­rib çı­xar­dı, öl­kə­mi­zin qüd­rət­li iq­ti­sa­di da­yaq­la­rı üçün əsas­lar ya­rat­dı, sə­na­ye­nin ümu­mi da­xi­li məh­sul­da xü­su­si çə­ki­si 1993-cü ilə nis­bə­tən 12,6 fa­iz bən­di ar­ta­raq 2002-ci il­də 37,4 fa­iz təş­kil et­di. İq­ti­sa­diy­ya­tın bü­tün sa­hə­lə­rin­də apa­rı­lan məq­səd­yön­lü və ar­dı­cıl is­la­hat­lar, sə­na­ye, ti­kin­ti, nəq­liy­yat, kənd tə­sər­rü­fa­tı və ti­ca­rət­də əl­də edil­miş yük­sək nai­liy­yət­lər nə­ti­cə­sin­də öl­kə­də ümu­mi da­xi­li məh­sul is­teh­sa­lı 1996-2002-ci il­lər ər­zin­də 71,0 fa­iz ar­ta­raq 6,1 mil­yard ma­na­ta çat­dı.
Öl­kə­də ic­ti­mai si­ya­si sa­bit­li­yin bər­qə­rar ol­ma­sı da­xi­li və xa­ri­ci in­ves­tor­lar üçün əl­ve­riş­li şə­rait ya­rat­dı və 1993-2002-ci il­lər ər­zin­də öl­kə­nin is­teh­sal və qey­ri-is­teh­sal sa­hə­lə­ri­nin in­ki­şa­fı üçün 8,2 mil­yard ma­nat in­ves­ti­si­ya yö­nəl­dil­di, on­lar­la mü­hüm əhə­miy­yət kəsb edən ob­yekt­lər ti­ki­lə­rək is­ti­fa­də­yə ve­ril­di. Xa­ri­ci in­ves­tor­la­rın öl­kə iq­ti­sa­diy­ya­tı­na və­sait yö­nəlt­mə­si ey­ni za­man­da öl­kə­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na, öl­kə­nin mil­li ma­raq­la­rı­nın tə­min olun­ma­sı­na müs­bət tə­sir gös­tər­di. Hə­min dövr­də ümu­mi sa­hə­si 6,7 mil­yon kvad­rat metr olan ye­ni ya­şa­yış ev­lə­ri, 31,1 min şa­gird yer­lik ümum­təh­sil mək­təb­lə­ri, 2,2 min yer­lik mək­tə­bə­qə­dər təh­sil müəs­si­sə­lə­ri, 1,5 min çar­pa­yı­lıq xəs­tə­xa­na və növ­bə­də 3,0 min nə­fər qə­bul edən am­bu­la­to­ri­ya-po­lik­li­ni­ka müəs­si­sə­lə­ri is­ti­fa­də­yə ve­ril­di.
A­zər­bay­can öz döv­lət müs­tə­qil­li­yi­ni əl­də et­dik­dən son­ra ke­çid iq­ti­sa­diy­ya­tı­na xas olan böh­ran­lı pro­ses­lər baş­qa sa­hə­lər­də ol­du­ğu ki­mi, nəq­liy­yat sek­to­run­da da baş ver­miş­dir. Böh­ra­nın qar­şı­sı yal­nız 1996-cı il­də alın­dı, bu sa­hə­də gö­rül­müş təd­bir­lər nəq­liy­ya­tın ay­rı-ay­rı növ­lə­ri­nin in­ki­şa­fın­da müs­bət me­yil­lə­rin ya­ran­ma­sı­na tə­sir et­di. 1996-2002-ci il­lər­də nəq­liy­yat sek­to­run­da yük da­şın­ma­sı 2,4 də­fə art­dı. Qeyd edim ki, Av­ro­pa-Qafqaz-Asi­ya nəq­liy­yat dəh­li­zi­nin bər­pa­sı ulu ön­də­rin Azər­bay­can xal­qı­na ən bö­yük töh­fə­lə­rin­dən bi­ri­dir və ar­tıq bu dəh­liz re­gio­nal nəq­liy­yat dəh­liz­lə­ri ilə rə­qa­bət apar­maq­la öl­kə iq­ti­sa­diy­ya­tı­nın in­ki­şa­fı­na, ye­rüs­tü nəq­liy­yat inf­rast­ruk­tu­ru­nun for­ma­laş­ma­sı­na cid­di tə­sir edən amil­lər­dən­dir.
Öl­kə iq­ti­sa­diy­ya­tı­nın dün­ya iq­ti­sa­di sis­te­mi­nə in­teq­ra­si­ya­sı ilə bağ­lı ve­ril­miş qə­rar­lar nə­ti­cə­sin­də xa­ri­ci ti­ca­rə­tin li­be­ral­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də sə­mə­rə­li və da­vam­lı təd­bir­lər real­laş­dı­rıl­dı. İd­xal-ix­rac əmə­liy­yat­la­rı­nın ba­zar iq­ti­sa­diy­ya­tı­nın tə­ləb­lə­ri­nə uy­ğun qu­rul­ma­sı nə­ti­cə­sin­də öl­kə­mi­zin bey­nəl­xalq əla­qə­lə­ri il­bəil ge­niş­lən­di, möh­kəm­lən­di və in­ki­şaf et­di. 1993-cü il­də 60 xa­ri­ci öl­kə ilə ti­ca­rət əla­qə­lə­ri qu­rul­muş­dur­sa, 2002-ci il­də bu əla­qə­lə­rin coğ­ra­fi­ya­sı ge­niş­lə­nə­rək 128-ə yük­səl­di, xa­ri­ci öl­kə­lər­lə ti­ca­rət döv­riy­yə­si 1993-cü il­lə mü­qa­yi­sə­də 2,8 də­fə ar­ta­raq 3,8 mil­yard ABŞ dol­la­rı­na çat­dı. Bu il­lər ər­zin­də Azər­bay­can­da xa­ri­ci in­ves­ti­si­ya­lı müəs­si­sə­lə­rin sa­yı da kəs­kin su­rət­də art­dı. Əgər 1996-cı il­də öl­kə­də fəa­liy­yət gös­tə­rən xa­ri­ci ives­ti­si­ya­lı müəs­si­sə­lə­rin sa­yı 602-yə bə­ra­bər idi­sə, 2002-ci il­də bu rə­qəm 3,5 də­fə ar­ta­raq 2104 ol­muş, xa­ri­ci şir­kət və ya fi­zi­ki şəxs­lə­rin iş­ti­ra­kı ilə ya­ra­dıl­mış bir­gə müəs­si­sə­lə­rin sa­yı isə 94,1 fa­iz ar­ta­raq 957-yə çat­mış­dır.
A­zər­bay­can Res­pub­li­ka­sın­da ba­zar iq­ti­sa­diy­ya­tı­nın hər­tə­rəf­li in­ki­şa­fı­nı tə­min et­mək üçün hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər­lə ya­na­şı, qiy­mət­lə­rin və ti­ca­rə­tin sər­bəst­ləş­di­ril­mə­si­nə də xü­su­si diq­qət ye­ti­ril­di, azad rə­qa­bət üçün əl­ve­riş­li şə­rait ya­ra­dıl­dı. Bu təd­bir­lər nə­ti­cə­sin­də is­teh­lak qiy­mət­lə­ri­nin aşa­ğı sa­lın­ma­sı tə­min edil­di. 1991-1994-cü il­lər­də inflya­si­ya­nın bö­yük sü­rət­lə – 330 faiz­dən 1887 fai­zə qə­dər art­ma­sı mü­şa­yiət olun­du­ğu hal­da, apa­rıl­mış düz­gün iq­ti­sa­di si­ya­sət nə­ti­cə­sin­də inflya­si­ya­nın ar­tım su­rə­ti­nin kəs­kin azal­dıl­ma­sı­na, onun bir­rə­qəm­li sə­viy­yə­də sax­la­nıl­ma­sı­na na­il olun­du. Ba­zar iq­ti­sa­diy­ya­tı­na ke­çid döv­rün­də öl­kə iq­ti­sa­diy­ya­tın­da apa­rı­lan is­la­hat­lar döv­lət büd­cə­si­nin gə­lir­lə­ri­nin il­dən-ilə art­ma­sı­nı və 90-cı il­lə­rin əv­və­lin­də yük­sək olan büd­cə kə­si­ri­nin azal­ma­sı­nı tə­min et­di. 2002-ci il­də döv­lət büd­cə­si­nin bü­tün mən­bə­lər­dən da­xil olan gə­lir­lə­ri 1993-cü ilə nis­bə­tən 85,1 də­fə ar­ta­raq 910,2 mil­yon ma­na­ta çat­dı, xərc­lə­ri isə 72,2 də­fə ar­ta­raq 931,8 mil­yon ma­nat təş­kil et­di. Büd­cə kə­si­ri­nin ümu­mi da­xi­li məh­sul­da xü­su­si çə­ki­si 1993-cü il­də­ki 7,1 faiz­dən 2002-ci il­də 0,4 fai­zə en­di­ril­di. Döv­lət büd­cə­si­nin xərc­lə­rin­də so­sial mü­da­fiə və so­sial tə­mi­nat xərc­lə­ri­nin pa­yı il­dən-ilə art­dı. 1993-cü il­də bu məq­səd­lə­rə 1,1 mil­yon ma­nat və ya ümu­mi büd­cə xərc­lə­ri­nin 8,5 fai­zi sərf olun­muş­dur­sa, 2002-ci il­də bu xərc­lər 190,3 mil­yon ma­na­ta çat­dı­rıl­mış­dır ki, bu da büd­cə xərc­lə­ri­nin 20,4 fai­zi­nə bə­ra­bər idi.
Ü­mum­mil­li li­der əmək ba­za­rı­nın in­ki­şa­fı­na, məş­ğul­luq və iş­siz­lik prob­lem­lə­ri­nin həl­li­nə ge­niş yer ver­miş, bu sa­hə­də gö­rül­müş təd­bir­lər he­sa­bı­na iq­ti­sa­diy­ya­tın qey­ri-döv­lət sek­to­run­da məş­ğul­lu­ğun pa­yı­nın 1995-ci il­də­ki 43,9 faiz­dən 2002-ci il­də 69,7 fai­zə­dək art­ma­sı­na na­il olun­muş­dur. Azər­bay­can­da bu dövr­də qə­bul edil­miş Əmək Mə­cəl­lə­si, məş­ğul­luq və əmək miq­ra­si­ya­sı haq­qın­da qa­nun­lar, De­moq­ra­fik İn­ki­şaf və Pen­si­ya İs­la­ha­tı kon­sep­si­ya­la­rı, yox­sul­lu­ğun azal­dıl­ma­sı və iq­ti­sa­di in­ki­şaf üz­rə döv­lət proq­ra­mı əmək və əha­li­nin so­sial mü­da­fiə­si sa­hə­lə­rin­də ye­ni stra­te­ji is­ti­qa­mət­lə­rin əsa­sı­nı qoy­muş­dur.
U­lu ön­dər tə­rə­fin­dən 1999-cu il­də “A­zər­bay­can Res­pub­li­ka­sı­nın təh­sil sa­hə­sin­də İs­la­hat Proq­ra­mı” təs­diq olun­duq­dan son­ra öl­kə­də təh­sil is­la­hat­la­rı­na baş­la­nıl­dı. Hə­min proq­ra­ma uy­ğun ola­raq ali təh­sil­də struk­tur də­yi­şik­lik­lə­ri apa­rıl­dı, təh­sil müəs­si­sə­lə­ri­nə müs­tə­qil­lik və ge­niş sə­la­hiy­yət­lər ve­ril­di, bir sı­ra ali təh­sil müəs­si­sə­lə­ri öz fəa­liy­yət­lə­ri­ni özü­nüi­da­rəet­mə prin­si­pi əsa­sın­da qur­du, təh­si­lin key­fiy­yə­ti­ni yax­şı­laş­dır­maq məq­sə­di ilə döv­lət təh­sil ocaq­la­rı ilə ya­na­şı qey­ri-döv­lət təh­sil müəs­si­sə­lə­ri­nin şə­bə­kə­si də in­ki­şaf et­di. 1993-cü il­də 15 və yu­xa­rı yaş­lı əha­li­nin hər 1000 nə­fə­rin­dən 703 nə­fə­ri­nin ali və tam or­ta təh­si­li ol­du­ğu hal­da, 2002-ci il­də bu gös­tə­ri­ci 753-ə çat­dı.
1997-ci il­də “Ə­ha­li­nin sağ­lam­lı­ğı­nın qo­run­ma­sı haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu qə­bul edil­miş­dir ki, bu Qa­nun­da əha­li­nin bir sı­ra tə­bə­qə­lə­ri­nə, o cüm­lə­dən tə­qaüd­çü­lə­rə, az­tə­mi­nat­lı in­san­la­ra pul­suz tib­bi yar­dım, və­tən­daş­la­rın sağ­lam­lı­ğı­na vu­ru­lan zi­ya­nın ödə­nil­mə­si, hü­qu­qa zidd hə­rə­kət­lər nə­ti­cə­sin­də zə­rər çək­miş və­tən­daş­la­ra tib­bi yar­dım gös­tə­ril­mə­si üz­rə xərc­lə­rin ödə­nil­mə­si, pe­şə fəa­liy­yə­ti­nin bə­zi növ­lə­ri ilə məş­ğul olan və­tən­daş­la­rın sağ­lam­lı­ğı­nın qo­run­ma­sı ki­mi zə­ru­ri və son də­rə­cə mü­hüm mə­sə­lə­lər öz ək­si­ni tap­mış­dır.
Döv­lət si­ya­sə­ti­nin əsas prio­ri­tet­lə­rin­dən bi­ri də mə­də­niy­yət ocaq­la­rı­nın mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si, ta­ri­xi-mə­də­ni, ədə­bi-bə­dii və el­mi-fəl­sə­fi ir­sin qo­ru­nub sax­lan­ma­sın­dan iba­rət ol­muş, bu is­ti­qa­mət­də mü­va­fiq döv­lət proq­ram­la­rı qə­bul edil­miş­dir. Azər­bay­can Res­pub­li­ka­sın­da uğur­la hə­ya­ta ke­çi­ri­lən so­sial-iq­ti­sa­di is­la­hat­la­rın nə­ti­cə­si ola­raq, öl­kə­də de­moq­ra­fik və­ziy­yə­tin və əha­li­nin or­tail­lik ar­tım gös­tə­ri­ci­lə­ri­nin yax­şı­laş­ma­sı­na, ömür uzun­lu­ğu­nun art­ma­sı­na və müs­bət miq­ra­si­ya sal­do­su­na, elə­cə də əha­li sa­hə­sin­də di­gər gös­tə­ri­ci­lə­rin müs­bət ten­den­si­ya­sı­na na­il olun­muş­dur.
Təh­lil­lər əmin­lik­lə onu de­mə­yə əsas ve­rir ki, Azər­bay­ca­nın bu­gün­kü uğur­la­rı müa­sir Azər­bay­can döv­lə­ti­nin ba­ni­si, ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən müəy­yən edi­lə­rək hə­ya­ta ke­çi­ril­miş və son 16 il­dən cox za­man kə­si­yin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən key­fiy­yət­cə ye­ni müs­tə­vi­də da­vam et­di­ril­miş is­la­hat­lar­la bağ­lı­dır. Məhz bu is­la­hat­lar he­sa­bı­na Azər­bay­can­da ba­zar mü­na­si­bət­lə­ri­nə söy­kə­nən so­sial­yö­nüm­lü iq­ti­sa­diy­ya­tın in­ki­şa­fı­na na­il olun­muş, öl­kə əha­li­si­nin hə­yat sə­viy­yə­si yük­səl­dil­miş­dir. Re­gion­la­rın so­sial-iq­ti­sa­di in­ki­şa­fı ilə bağ­lı qə­bul edil­miş və uğur­la hə­ya­ta ke­çi­ril­miş döv­lət proq­ram­la­rın­da, ha­be­lə di­gər təd­bir­lə­ri əha­tə edən fər­man və sə­rən­cam­lar­da nə­zər­də tu­tul­muş və­zi­fə­lə­rin ic­ra­sı, qa­nun­ve­ri­ci­lik ba­za­sı­nın tək­mil­ləş­di­ril­mə­si öl­kə­də qey­ri-neft sek­to­ru­nun da­vam­lı in­ki­şa­fı­na, re­gion­lar­da so­sial inf­rast­ruk­tur tə­mi­na­tı­nın key­fiy­yə­ti­nin yük­səl­dil­mə­si­nə, sa­hib­kar­lıq mü­hi­ti­nin da­ha da yax­şı­laş­dı­rıl­ma­sı­na, in­ves­ti­si­ya qo­yu­lu­şu­nun art­ma­sı­na, ye­ni müəs­si­sə­lə­rin və iş yer­lə­ri­nin açıl­ma­sı­na, nə­ti­cə­də əha­li­nin məş­ğul­lu­ğu­nun ar­tı­rıl­ma­sı­na və yox­sul­luq sə­viy­yə­si­nin azal­dıl­ma­sı­na gə­ti­rib çı­xar­mış­dır. 2003-2019-cu il­lər­də öl­kə iq­ti­sa­diy­ya­tı 3,4 də­fə, qey­ri-neft qaz sek­to­ru 2,9 də­fə, sə­na­ye is­teh­sa­lı 2,7 də­fə, kənd tə­sər­rü­fa­tı 1,9 də­fə, əsas ka­pi­ta­la yö­nəl­dil­miş və­sait­lə­rin həc­mi 2,9 də­fə, döv­lət büd­cə­si­nin gə­lir­lə­ri 20,0 də­fə, əha­li­nin no­mi­nal gə­lir­lə­ri 9,9 də­fə, iq­ti­sa­diy­ya­tın kre­dit­ləş­di­ril­mə­si 22,8 də­fə art­mış, iş­siz­li­yin sə­viy­yə­si 9,2 faiz­dən 4,8 fai­zə­dək, yox­sul­luq sə­viy­yə­si 44,7 faiz­dən 4,8 fai­zə­dək en­miş­dir. 2004- 2019-cu il­lər­də 2,4 mil­yon ye­ni iş yer­lə­ri ya­ra­dıl­mış­dır. 2019-cu il­də öl­kə­də hə­ya­ta ke­çi­ri­lən komp­leks so­sial is­la­hat­lar nə­ti­cə­sin­də əmək pen­si­ya­sı­nın mi­ni­mum məb­lə­ği 200,0 ma­na­ta, mi­ni­mum ay­lıq əmək­haq­qı­nın məb­lə­ği 250,0 ma­na­ta, or­ta ay­lıq no­mi­nal əmək­haq­qı­nın məb­lə­ği isə il­kin mə­lu­mat­la­ra əsa­sən 634,8 ma­na­ta çat­dı­rıl­mış­dır. Bü­tün bu uğur­la­rın əl­də olun­ma­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti, Hey­dər Əli­yev Fon­du­nun Pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­nın çox­şa­xə­li fəa­liy­yə­ti­nin də xü­su­si pa­yı var. Azər­bay­ca­nın Bi­rin­ci xa­nı­mı mil­li-mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sı, mə­də­niy­yə­ti­mi­zin ge­niş təb­li­ği, elm, təh­sil, sə­hiy­yə və id­ma­nın in­ki­şa­fı, uşaq və gənc­lə­rin sağ­lam, mil­li-mə­nə­vi də­yər­lə­rə sa­diq, hər­tə­rəf­li bi­lik­lə­rə ma­lik və­tən­daş ki­mi ye­tiş­mə­si, Azər­bay­ca­nın bey­nəl­xalq nü­fu­zu­nun ar­tı­rıl­ma­sı üçün hə­ya­ta ke­çir­di­yi çox­say­lı təd­bir­lər­lə bö­yük la­yi­hə­lə­rin müəl­li­fi­nə çev­ril­miş­dir.
Bil­di­yi­niz ki­mi, bə­şə­riy­yət si­ya­si, iq­ti­sa­di və so­sial böh­ran ara­dan qalx­ma­mış ye­ni, da­ha təh­lü­kə­li, öz fə­sad­la­rı ilə bü­tün öl­kə­lə­ri müx­tə­lif zər­bə­lər al­tın­da sax­la­yan ko­ro­na­vi­rus pan­de­mi­ya­sı ilə qar­şı­laş­dı. Bir hə­qi­qət­dir ki, re­gio­nun ən güc­lü döv­lə­ti olan Azər­bay­can bu xəs­tə­li­yin ya­yıl­ma­ma­sı və müa­li­cə­si üçün ön və gər­gin mü­ba­ri­zə cər­gə­sin­də yer alıb. Tək­cə onu de­mək ki­fa­yət­dir ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin və Bi­rin­ci xa­nım Meh­ri­ban Əli­ye­va­nın hə­ya­ta ke­çir­di­yi mis­si­ya­nın əhə­miy­yə­ti bu gün vi­ru­sa yo­lu­xan­la­rın sa­yın­da və cə­miy­yət­də­ki əh­val-ru­hiy­yə­nin yük­sək ol­ma­sın­da öz təs­di­qi­ni ta­pır. Azər­bay­can­da re­al iq­ti­sa­diy­ya­tın sa­hə­lə­ri­nin da­vam­lı in­ki­şaf yo­lun­da ol­ma­sı və real­laş­dı­rıl­mış müa­sir in­no­va­tiv la­yi­hə­lə­rin sa­yı­nın dur­ma­dan art­ma­sı ha­zır­ki pan­de­mi­ya şə­rai­tin­də də öz müs­bət nə­ti­cə­si­ni açıq şə­kil­də gös­tər­di. Çün­ki, bə­şə­riy­yə­tin çə­tin dö­nə­min­də bu uğur­la­rın əl­də olun­ma­sın­da za­ma­nın sı­na­ğın­da ci­la­lan­mış Hey­dər Əli­yev si­ya­si kur­su­na olan xal­qın eti­ma­dı və Pre­zi­dent İl­ham Əli­ye­vin yük­sək nü­fu­zu və yo­rul­maz əmə­yi da­ya­nır. Bu inam məhz cə­nab İl­ham Əli­ye­vin mil­li ma­raq­la­ra əsas­la­nan fəa­liy­yə­ti üzə­rin­də kök­lə­nib.
Da­hi rəh­bə­rin ana­dan ol­ma­sı­nın 101-ci il­dö­nü­mü ərə­fə­sin­də bu­nu qu­rur­la bir da­ha qeyd et­mək ye­ri­nə dü­şər ki, əbə­di­ya­şar li­der Hey­dər Əli­ye­vin adı Azər­bay­can xal­qı­nın mil­li şüu­run­da müa­sir Azər­bay­ca­nın ya­ra­dı­cı­sı ki­mi həkk olu­nub. Hey­dər Əli­yev Azər­bay­can­da bö­yük bir ideo­lo­gi­ya­nın, mil­li döv­lət­çi­lik fəl­sə­fə­si­nin və mil­li mən­lik şü­u­ru­nun for­ma­laş­ma­sı­nın əsa­sı­nı qo­yub, bu isə xalq-iq­ti­dar bir­li­yi­nin möh­kəm tə­mə­lə əsas­lan­dı­ğı­nı, sar­sıl­maz və əbə­di ol­du­ğu­nu bir da­ha təs­diq­lə­yir.
Mədəniyyət