Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək

  • 09.05.2019, 12:00,
  • İdman
  • Baxılıb: 271
Azərbaycan karatesinin liderlərindən Ayxan Mamayev (-84 kq) Xorvatiyada "Super 8" beynəlxalq turnirinə dəvət olunub.

Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək


Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.



A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.



Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.



Yarış mayın 11-də Zaqrebdə keçiriləcək
Mədəniyyət