Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı

Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı

Müasir siyasi elmin əsas müzakirə mövzularından biri siyasi liderlər və siyasi liderlik institutu olmuşdur. Müxtəlif düşüncə və yanaşmaların mövcudluğu paralel olaraq təcrübədə yaşanmış və tanınmış liderlərin nümunələrində daha da dolğunlaşmış, nəzəri fikirlərin zənginləşməsinə təkan vermişdir. Tarix sübut etmişdir ki, siyasi liderlər zamanın və məkanın tələbi əsasında yaranmış, mövcud tarixi dönəmdə liderliyində durduğu cəmiyyəti siyasi, iqtisadi və tarixi burulğanlardan keçirməli olmuşdurlar. Təbii ki, heç də bütün siyasi liderlər bu missiyanı uğurla reallaşdıra bilməmişlər və bəzən siyasi liderlər istəmədən və anlamadan öz dövlətlərini siyasi fəlakətə daha sürətlə sürükləmişlər. Lakin siyasi və tarix elmləri nəzəriyyə və təcrübələrinin vəhdətinə əsaslanaraq qeyd edilənlərlə yanaşı, siyasi liderlik institutunun klassifikasiyası zamanı daha uğurlu liderlərin formalaşmasının şahidi olmuşuq. Məhz İlham Əliyevin şəxsiyyəti buna bariz nümunədir.
Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətinin məsuliyyətini tam daşımaq, həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır. Prezident İlham Əliyev heç bir halda dövlətinin milli maraqları məsələsində güzəştə getməməklə, ölkəsinin məsuliyyətinin mahiyyətini dəqiqliklə dərk etdiyini və bu məsuliyyəti ləyaqətlə daşımağı özünün həyat kredosu kimi müəyyənləşdirdiyini sübut edir.
Prezident İlham Əliyevi müasir liderlərin böyük əksəriyyətindən fərqləndirən əsas cəhətlərindən biri də odur ki, o, tam müstəqil və qətiyyətlidir. O, maneələrə və təsirlərə baxmayaraq həmişə inamla, qətiyyətlə hədəfinə doğru gedir. Bu hədəf Azərbaycan xalqının və dövlətinin milli maraqlarının ən yüksək səviyyədə qorunmasından, ümumi məqsədlərə çatılmasından ibarətdir.
Müasir dövrdə əsl lider öz ölkəsi ilə yanaşı, dünyanı da dəyişməyi bacarır. Cənab İlham Əliyev Azərbaycanın simasını tamamilə dəyişdi. Bu gün dünya Azərbaycanı tam yeni obrazda qəbul etməkdədir. O, öz ardıcıl, məqsədyönlü və sistemli fəaliyyəti ilə sübut etdi ki, Azərbaycan demokratik ideallara sadiq, dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlığa açıq ölkədir. Prezident İlham Əliyev dünyada cərəyan edən proseslərdə ciddi fəallıq nümayiş etdirərək Azərbaycanı bu proseslərin təsirli iştirakçısına çevirmişdir. Təsadüfi deyildir ki, bu gün Avropanın enerji təhlükəsizliyi problemindən bəhs edilərkən ilk yada düşən məhz Azərbaycan Respublikası olur. Regionda həyata keçirilən nəhəng enerji layihələrinin əsas iştirakçısı olmaqla Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin əvəzolunmaz subyektinə çevrilmişdir. Bu prosesdə liderin həlledici rolu danılmazdır. Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması Prezident İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur.
Prezident İlham Əliyevin müasir demokratik, patriot siyasi lider kimi ən başlıca mənəvi və idarəedicilik keyfiyyəti həm də ondan ibarətdir ki, o, ümumi rifah naminə atdığı bütün addımlarında xalqına arxalanır. Tarixi təcrübə sübut edir ki, liderinin xalqına arxalandığı və xalqı üçün yaşadığı ölkə həmişə tərəqqi edir. Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır.
Bu gün müasir Azərbaycan dünyanın aparıcı ölkələri ilə bərabər addımlayir. Azərbaycan tarixi idarəetmə ənənələrinin yaşadıldığı çoxmədəniyyətli cəmiyyətin mövcud olduğu güclü vətəndaşın yaşadığı bir məkana çevrilmişdir. Güclü vətəndaş isə öz liderinin ətrafında birləşməyi bacarmış və bu gün Prezident İlham Əliyevin siyasi iradəsinin əsas sütununa çervilməklə ulu öndər Heydər Əliyev qədər azərbaycanlı olmağı ilə fəxr edir.


İltifat Məmmədov,
Salyan rayon Qaraçala qəsəbə tam orta məktəbin direktoru












Mədəniyyət