Ümummilli liderin siyasi kursu hər zaman yaşayacaq

  • 11.05.2020, 11:28,
  • Gündəm
  • Baxılıb: 345
Ümummilli liderin siyasi kursu hər zaman yaşayacaq


Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ulu öndərimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail oldu. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yeni strateji-siyasi kurs daim Azərbaycana uğur gətirib. Bütün
mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ümummilli liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt və firəvan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb. Bu gün müstəqil Azərbaycanın yaşamasına, dünyada qüdrətli bir ölkə kimi tanınmasına görə məhz Heydər Əliyevə borcluyuq. Ümummilli lider Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyası barədə danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkəmizin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994- cü il sentyabr ayının 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biri də, demokratik və hüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir. Ulu öndərimizin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində dövlət əmlakının idarə edilməsi sahəsində də yeni sistem qurulmuşdur. Bu sahədə müvafiq dövlət qurumları yaradılmış, zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ötən illər, ilk növbədə Heydər Əliyev ideyalarının əbədiyaşarlılığının, müəyyən etdiyi siyasi kursun alternativsizliyinin təsdiqi, xalqın tarixi seçiminin düzgünlüyü, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və inkişafı, Azərbaycanımızın dünyada önəminin artması ilə əlamətdar olub. Cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız çox böyük uğurlar əldə edib, öz inkişafının keyfiyyətcə yeni tərəqqi mərhələsinə qədəm qoyub. Keçən bu dövr həm də onunla əlamətdardır ki, Prezident İlham Əliyevin simasında bəşəri səviyyəli siyasətçinin – Avrasiya məkanında yeni liderin parlaması ilə müşayiət olundu.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyən cənab İlham Əliyev, həqiqətən də, son 17 ildə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Bu səbəbdəndir ki, ötən ilin aprelində keçirilən seçkilərdə xalqımız növbəti dəfə də yekdilliklə ölkəni sürətlə inkişaf etdirən, xalqın xoşbəxt gələcəyinə möhkəm təminat verən Heydər Əliyev siyasi kursunun təntənəsinə səs verdi. Bu gün cənab İlham Əliyevin uğurlu, gərgin fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi üçün, dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq yeni və daha yüksək mərhələyə çatmışdır.

Məhi Həsənov Saray qəsəbə bələdiyyəsinin sədri
  • Нравится
  • 0
Поподробнее тогда

xbox 360 need for speed
действия
Mədəniyyət