Xalqın milli sərvətinə çevrilən lider
- 11.05.2020, 12:25,
- Gündəm
- Baxılıb: 290
Facebook
Вконтакте
Одноклассники
Google+
Hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə, konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu emprik dəyərləndirmə mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından, hətta zamandan istifadə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin misilsiz xidmətlərini ön plana çəkir. Tarixə möhürünü vuran belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını formalaşdırmaq kimi ağır missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da, məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. O, qlobal dünya nizamı fonunda tamamilə fərqli – xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycana ikili standartlardan yanaşmalara qarşı qətiyyətli mübarizə aparan Heydər Əliyev aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yürüdəcəyinə inandıra bilmişdir. Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında misilsiz xidmətlərindən biri də, müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqavisi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Son 19 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu kontrakt, eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.
Milli ənənə və dəyərlərə sadiqlik əsla Heydər Əliyevin daxili demokratizminin inkarına yönəlməmiş, bu dahi şəxsiyyət düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu sintezini yarada bilmişdir. Ulu Öndər öz davranışı ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə, məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gedən, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün
siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.
Cəlil Nəzərov Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi, əməkdar həkim