Heydər Əliyev: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”

Heydər Əliyev: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur.
Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının səmavi kitablarla birgə bayraq qarşısında and içib xalqına, Vətənə sadiq qalacaqlarına söz vermələridir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır.
Vətən uğrunda ölməyi, onun müqəddəsliyinin qorunmasını şərəf işi hesab edən ulu öndər Heydər Əliyev üçün də dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bir bələdçi, bir çağırış idi.
...1990-cı ildə doğma vətəni Naxçıvana qayıdaraq Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər Əliyevin gördüyü işlərin hər biri bir salnamə kimi tariximizə yazılsa da, onların arasında gələcək taleyimizi müəyyənləşdirən, əhəmiyyəti ilə seçilənləri də az deyildir. Ən böyük azərbaycanlı olduğunu 17 noyabr 1990-cı ildə təcrübəli dövlət xadimi kimi sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklifi ilə bildirən ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu. Mavi rəngi ilə türkçülük ideyasına sadiqliyini, qırmızı rəngi ilə müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi ilə İslam sivilizasiyasına mənsubluğunu ifadə edən bayrağımız ilə Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin kövrək təməli qoyuldu.
Həmçinin, ulu öndərin rəhbərliyi ilə muxtar respublikanınali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzikimitanınmasıhaqqında Azərbaycan RespublikasıAliSovetiqarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevralayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında"qanunqəbuletmişdir.Buqanunlaşanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağıkimitəsdiqedilmiş,istiqlalrəmzikimidalğalanmağa başlamışdır.
Naxçıvan MR Ali Məclisinin Sədri kimi dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyevin: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun" sözləri bayrağımızın müqəddəslik rəmzidir.
Uluöndər Heydər Əliyev 1993-cüiliniyunundaxalqın təkidli tələbi ilə hakimiyyətəqayıtdıqdansonraölkədəictimai-siyasisabitliyitəmin etməklə,qanunsuzsilahlı qruplaşmalarızərərsizləşdirməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətləalmaqlahəm də Azərbaycanın üçrəngli bayrağınıucatutmuş,onunbütünbölgələrdə dalğalanmasını təmin etmişdir.Ümummilliliderinrəhbərliyi altında hazırlanaraq 1995-ci ildəümumxalqreferendumuilə qəbuledilmişAzərbaycan Konstitusiyasında üçrənglibayraq dövlət rəmzikimitəsbitedilmişdir. Konstitusiyanın 75-ci maddəsininbirincibəndindəqeydolunurki, hərbirvətəndaşAzərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninəhörmət etməlidir.
Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il13 marttarixli"Azərbaycan Respublikasının dövlət atributlarının təbliğiişiningücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımındanmühüməhəmiyyət daşımışdır.
Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurladavametdirənPrezidentİlhamƏliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanınmillidövlət atributlarınıucatuturvəkonkretaddımları iləburuhu cəmiyyətəaşılayır. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısındadiz çökərəkonuöpənPrezidentİlhamƏliyevbununlahəm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqətnümayişetdirir.

Aləddin Abbasov,
Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini
Mədəniyyət