Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir

Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi.

Talış kəndi və Suqovuşan qəsəbəsində düşmən tərəfdən çox güclü istehkamlar qurulmasına, müdafiə xətti təşkil edilməsinə baxmayaraq, hər iki yaşayış məntəqəsi işğaldan azad edildi. Dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, strateji yüksəkliklər düşmən qüvvələri tərəfindən gücĺü müdafiə olunmasına baxmayaraq Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək Talışı və Suqovuşanı işğaldan azad etmıişdir. Bu, rəşadətli ordumuzun böyük uğurlarindan idi..

Bu kəndlərin azad edilməsinin strateji əhəmiyyəti çox böyük idi. Əvvəla, ona görə ki, burada düşmənin çox böyük canlı qüvvəsi var idi. Bu kəndlərin azad olunması ilə bölgədəki strateji yollara da nəzarətimizin təmin olunması düşmənin canlı qüvvəsinin hərəkəti üçün, çox böyük problemlər yaratmışdı. Bu üzdən düşmən tərəf heç bir əməliyyat keçirə bilmirdi. Suqovuşandan danışarkən su anbarının strateji əhəmiyyətini xüsusi qeyd etmək lazımdı. Suqovuşan qəsəbəsinin əhəmiyyəti ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara və digər rayonlara su vermək idi.

Elə yuxarıda sadaladığımız səbəblərdən Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Azərbaycan Ordusunun taktiki addımları və manevr etmək imkanları düşmənin böyük bir hərbi birləşməsini iflic vəziyyətdə saxladı.

Bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Bir sözlə, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin və “Dəmir Yumruğ”un gücü hesabina öz qüdrətini nümayiş etdirdi. Bu gün Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla almış, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə Böyük qələbələr qazanmış və bir daha öz gücünü elan etmişdir..

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturun qurulması qarşıya qoyulan əsas prioritetlərdəndir. Hərbi əməliyyatlar bitər-bitməz yenidənqurma və bərpa işlərinə başlayanda ilk olaraq avtomobil yollarının çəkilməsinə start verildi. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə həyatın bərqərar olması üçün ilk növbədə, yol infrastrukturunun qurulması çox böyük əhəmiyyətə malikdir.

Ümumilikdə, bu otuz il ərzində erməni vandalizmi sərhəd tanımayıb. Bu illər ərzində ermənilər Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini abidələri dağıtmaqla və saxtalaşdırmaqla məşğul olmuşlar. Çox təəssüflər olsun ki, dünya ölkələri, müvafiq beynəlxalq təşkilatlar ermənilərin bu vandalizm aktları haqqında susqunluq nümayiş etdirir, bununla bağlı Ermənistana qarşı heç bir təsir göstərmirlər.

Yeganə Cəfərova,

Salyan rayon Təhsil şöbəsi metodik kabinetin direktoru
Mədəniyyət