ABŞ prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” haqqında rüsvayçı bəyanatı qəbul edilməzdir
- 28.04.2021, 12:04,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 510
Facebook
Вконтакте
Одноклассники
Google+
C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən asılı olmayaraq, bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira, növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli, qətiyyətlə rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsidir. Beynəlxalq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə Türk dünyasının təxribat xarakterli bu addıma birmənalı sərt münasibəti olmalıdır.
Qondarma “soyqırımı”, “qətliam” ifadələrindən əlavə, ABŞ prezidentinin 1915-ci il hadisələrini “tanıdığı” bəyanatda İstanbul əvəzinə “Konstantinopol” ifadəsindən istifadə etməsi isə siyasi qalmaqal olmaqla yanaşı, Türkiyəyə qarşı nifrət və dözümsüzlüyün açıq şəkildə ifadəsidir. Çox maraqlıdır ki, Prezident Bayden 106 il öncə olmamış bir hadisə haqqında danışır, amma 30 il əvvəl törədilmiş Xocalı soyqırımını tanımır, 44 günlük Vətən müharibəsi dövründə kasetli bombalarla onlarla insanın qətlə yetirildiyi Gəncə, Bərdə, Tərtər terrorları haqqında susmağı düzgün hesab edir. Bu da bir daha ABŞ-ın dövlət siyasətində ikili standartların olduğuna işarədir.
Tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz. Bu bəyanatı tarixi səhv adlandıran Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Bu dəqiq təsbit ABŞ administrasiyasının təxribatçı addımına ən gözəl siyasi qiymətdir. Danılmaz faktdır ki, Türkiyə dünyanın qlobal gücüdür və Türk dünyası, Azərbaycan bütün siyasi, iqtisadi, hərbi gücü ilə hər zaman qardaş Türkiyənin yanındadır.
C.Baydenin əsassız bəyanatından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi, sarsılmaz olduğunu, bu iki qardaş dövlətin ən çətin, taleyüklü məqamlarda hər zaman bir-birini dəstəklədiyini bir daha göstərdi.
Sehranə Rzayeva,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, Əməkdar müəlli