ABŞ prezidentinin mövqeyi ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edir, bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir
- 28.04.2021, 12:01,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 360
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ilin noyabrın 10-da Qarabağ müharibəsində Ermənistanın öz məğlubiyyətinin etirafını əks etdirən üçtərəli bəyanatın imzalanması ölkəmizin ərazi bütövlüyünü təmin etməsi ilə yanaşı regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Bu gün qalib Azərbaycanla yanaşı ümumilikdə Cənubi Qafqaz regionu özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Sentyabrın 27-dən başlanan və noyabrın 10-da Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən Vətən müharibəsinin hər günündə, hər anında mənəvi cəhətdən dəstəyini duyduğumuz Türkiyə ilə əməkdaşlığımızın daha da yüksəldilməsi regionda yeni bir situasiyanın əsasını formalaşdırıb. Vurğulamaq yerinə düşər ki, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradındandan sonra mətbuat üçün açıqlama verən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bildirdilər ki, hətta Ermənistan dövləti də hazırki reallığı qəbul edəcəyi təqdirdə regionda formalaşacaq yeni əməkdaşlıq platformalarında iştirak edə bilər. Bunu üçün isə Ermənistan öz mənfur və yalan iddialarını bir kənara qoymalı, səmimi mövqe nümayişh etdirməlidir.
Amma aperiln 24-də ABŞ prezidenti Cozef Baydenin ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir. Bu cür yalan iddalarından əl çəkməyən ermənilər və onları "dəstəkləyən" xarici güclər bir daha regionda yaranacaq əməkdaşlıq platformasına səmimi şəkildə qoşulma ehtimallarını və təhlükəsizlik məsələsini şübhə altına qoyurlar. Bu cür tarixi əsası olmayan yalanlar üzərindən Türkiyəyə şər-böhtan atan ermənilər və onların havadarları anlamırlar ki, müharibənin nəticələrindən düzgün nəticə çıxarmalıdırlar. Əks halda onlar əvvəlki dövrdə olduğu kimi, bütün layihələrdən kənarda qalacaq, regionun ümumi inkişafı ilə ayaqlaşa bilməyəcəklər. Bu gün siyasi böhran yaşayan, iqtisadi çöküşün girdabından xilas ola bilməyən düşmən ölkə öz mənfur xislətini kənara qoymalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Türkiyəyə qarşı olan əsassız iddialarından əl çəkməli və regionun əməkdaşlıq platformasında yer almaq üçün can atmalıdır.
Digər tərəfdən, istər Ermənistan, istərsə də onların dəstəkçiləri bir reallığı anlamalıdırlar ki, Azərbaycan dövləti və cəmiyyəti hər zaman Türkiyənin yanındadır.
Azərbaycan-Türkiyə birliyi artıq Cənubi Qafqaz regionunda yeni bir siyasi-iqtisadi mənzərə yaradır. Bu birmənalı şəkildə qardaşlığın, birgəliyini nümayişidir. Təbii ki, regionda formalaşacq əməkdaşlıq palfatformaları həm də qarşılıqlı inama və etibara söykənməlidir. Qondarma "erməni soyqırım" kimi tarixi yalanlarla isə Ermənistan nə Azərbaycanın, nə də Türkiyənin inamını və etibarını qazana bilməz.
Salman Xəlilov,
Salyan rayonu Piratman Gəncəli kənd sakini, YAP üzvü