Qondarma “erməni soyqrımı” bəyanatı tarixi həqiqətlərin təhrif olunmasıdır
- 28.04.2021, 11:59,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 216
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti C.Baydenin 2021-ci il 24 aprerl tarixli bəyanatında “erməni soyqrımı” ifadəsini işlətməsi tarixi həqiqətləri anlayan hər bir vicdanlı insanda təəccüb və həm də hiddət doğurur. ABŞ kimi bir ölkənin prezidentinin bu hadisənin əsl mahiyyətini bilməməsi, yaxud bilərəkdən bu cür bəyanat verməsinə nə ad vermək olar?
Fikirləşirsən ki, beynəlxalq aləmdə qlobal xarakterli problemlərin ədalətli həllinin axtarılması kimi çox-çox əhəmiyyətli məsələlərin olduğu bir vaxtda, ABŞ-ın özündə çoxsaylı problemlərin ölkənin siyasətçilərini, dövlət adamlarını düşündürdüyü bir zamanda ABŞ prezidentinə nə düşübdür ki, “erməni soyqırımı” ifadəsini işlədir.
Ancaq məsələnin dərininə gedəndə görürsən ki, prezidentin bu bəyanatı ele-belə deyildir. Bunun arxasında nələrsə durur. Açığını desək, məsələ ondan ibarətdir ki, prezident seçkilərində ABŞ-da yaşayan erməni əhalisi, erməni lobbisi fəal iştirak edib və səslərini C.Baydenə veriblər. O da söz verib ki, prezident seçilsəm, sizin tərəfinizi saxlayacam. Məlumdur ki, bir çox erməni layihələrinin hazırlanmasında C.Bayden aktiv iştirak etmişdir. Trampla seçki öncəsi yarışmada Baydenin ermənipərəstliyi diqqəti cəlb edirdi.
Təəcüblü odur ki, böyük bir ölkənin prezidenti yaltaq, ikiüzlü, qorxaq, oğru, qul erməninin nazı ilə oynayır. Türkiyə kimi cox nüfuzlu, ABŞ–la eyni hərbi blokda olan, tərəfdaş bir ölkəni qoyub, bütün tarixi saxtakarlıq üzərində qurulan, dünyada terrorçu kimi tanınan vecsiz bir ölkəni ədalətsiz şəkildə müdafiə edir. Bu həqiqətən ABŞ-a yaraşmır. Əlbəttə bu, Türkiyədə, Azərbaycanda, bütün türk dünyasında çox böyük təəssüf doğurur. Türkiyə Prezidenti ilə telefon danışığı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyan edib ki, hər zaman olduğu kimi bu məsələdə Azərbaycan Türkiyənin yanındadır. ABŞ-ın bu qərarının yanlış olduğu qeyd olunub və bu bəyanatın qəbuledilməzliyi vurğulanıb. Azərbaycan xalqı ABŞ Prezidentinin saxta “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyir. Respublikamızda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq hər zaman qardaş Türkiyənin yanında olduqlarını bəyan etmişlər.
Ermənilərin zaman-zaman türk xalqlarına qarşı törətdikləri qətliamlar tarixi sənədlərdə, arxiv materiallarında, şahidlərin ifadələrində öz əksini tapıb. XX əsrin əvvəllərində Azərbaycanda qatı daşnak, quldur Andranikin azərbaycanlılara qarşı görünməmiş vəhşilikləri, 1918-ci ildə Bakıda bolşevik donuna girmiş daşnak Şaumyanın, Qubada quldur Hamazaspın, Şamaxıda vəhşi Lalayanın və digər yerlərdə o, cümlədən Salyanda erməni quldurlarının törətdiyi qətliamlar 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan məcburi deportasiyası, 1988-ci ildən Azərbaycana qarşı ermənilərin apardığı müharibə, insanların öz yurd-yuvalarından vəhşicəsinə qovulması, öldürülməsi, Xocalı faciəsi, ikinci Qarabağ savaşında müharibə teatrından çox-çox uzaqda olan şəhərlərdə mülki əhaliyə qarşı qadağan olunmuş “İsgəndər” və digər dağıdıcı raketlərin atılması, saysız-hesabsız terror hadisələri soyqırım deyilmi? Görəsən, ABŞ prezidenti bunları bilirmi? Bunları necə görmək, bilməmək olar, qulaqardına vurmaq olar. Demokratiyanın beşiyi imicini üzərinə götürmüş, demokratik dəyərlərdən, insan hüquqlarından bol-bol danışan ABŞ-ın rəsmi mövqeyi həqiqətən təəssüf doğurur və qəbuledilməzdir.
C.Baydenin bu bəyanatı nəyə qulluq edir, nəyə səbəb ola bilər? Bu cür bəyanatlar Cənubi Qafqazda sülhün yenidən pozulmasına, Ermənistanda revanşist meyllərin güclənməsinə, türk və erməni xalqları arasında düşmənçiliyin alovlanmasına xidmət edir.
Ermənistan saxta “erməni soyqırımı” məsələsindən istifadə etməklə məzlum, əzilən, yazıq bir millət imici yaradaraq böyük dövlətlərdən maliyyə yardımı almağa çalışır. Yaxud da öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Yəni, bu faktdan siyasi təzyiq kimi istifadə etmək niyyətləri vardır. Heç vaxt bu baş tutmaz.
Ağılı başında olan insan başa düşməlidir ki, türk xalqlarına qarşı ədalətsizlik, zorakılıq, düşmənçilik onun özü üçün fəlakətə səbəb ola bilər. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Cənubi Qafqazda sülh və tərəqqi üçün böyük şərait yaranmışdır. Yoxsul Ermənistan üçün də inkişaf yolu açılmışdır. Haylar bunu düşünməlidir. Revanşizm hayları fəlakətə aparacaqdır. ”Dəmir yumruq” dərhal işə düşəcək və bu dəfə Ermənistan tamamilə fəlakətlə üzləşəcəkdir.
Sahib Həsənov,
Salyan şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi, tarixçi- tədqiqatçı