Azərbaycan etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir.

Azərbaycan etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz dövlətçiliyini inkişaf etdirmiş, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirmişdir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır.
Tam əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin 26 fevral tarixli mətbuat konfransı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində çox önəmli rola malik olmaqla yanaşı, bu istiqamətdəki mövqelərimizi daha da möhkəmləndirdi. Azərbaycan Prezidentinin iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması Azərbaycanın imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Azərbaycan sosial – iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi – təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirən ölkədir.
Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə birmənalı mövqe nümayiş etdirib. Cənab Prezident İlham Əliyev çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Bu, çox açıq və prinsipial siyasətdir. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir.
Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb. BMT- də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan, imicini qoruyub saxlaya bilən ölkədir. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir. Azərbaycan uğurlara imza atan ölkədir.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə — lider dövlətinə çevrilib. Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var.
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman irəliyə doğru gedən ölkə olacaq. Cənab Prezident İlham Əliyevin ictimai fəaliyyəti, sosial sahədə gördüyü uğurlu işlər, insanpərvərliyi və işgüzarlığı nəinki mənə, bütün Azərbaycan xalqına örnəkdir.
Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

Turanxanım Mehdiyeva, Salyan rayon 9 saylı tam orta məktəbin müəllimi.
Mədəniyyət