Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.
- 06.10.2024, 09:43,
- Gündəm
- Baxılıb: 910
Facebook
Вконтакте
Одноклассники
Google+
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.
Polis polkovniki narkotikin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.
Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan Qazax Rayon Prokurorunun 1-ci müavini Nihad Əmirli, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirilib ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.