Gəncənin yüksək vəzifəli məmuru meşədə xanımla yaxalanıb?
- 18.06.2021, 22:06,
- Gündəm / Hadisə
- Baxılıb: 737
Facebook
Вконтакте
Одноклассники
Google+
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi yad xanımla meşədə yaxalanıb.
İyunun 15-də Göygöl Rayon Polis şöbəsinin əməkdaşları Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi Bürcü Cabbarov rayonun Şəhriyar kəndi ərazisindəki meşədə C.S adlı xanımla (ad şərtidir.Xanım əsl kimili redaksiyaya məlumdur) “istirahət” edərkən saxlayıb. Polis əməkdaşları onları “Şevrolet-Niva” markalı avtomobili ilə birgə şöbəyə gətirib və onların gətirilməsi haqqında rəisə məruzə olunub. Bildirilib ki, onlar ictimai qaydalara riayət etmədiklərinə-əxlaqdankənar hərkətlərə yol verdiklərinə görə saxlanılıb.
Polis şöbəsinin rəisi polis polkovniki Müqalib Abdiyev “dünyanınəsəsi”nin əməkdaşına açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsi Bürcü Cabbarovun polis əməkdaşları tərəfindən saxlanılması faktını təsdiqləyib. Polis rəisi bildirib ki, onlarla proflaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar.
Maraqlıdır, görəsən o boyda regional idarənin rəisi bayram günlərində qeyri-xanımlarla tez-tez dağlara çəkilir? Yoxsa, pul gözlərini o qədər örtüb ki,o, yüksək vəzifəli dövlət məmuru olduğunu unudub?
Redaksiya olaraq bildirək ki,Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi Bürcü Cabbarovun mövqeyini dərc etməyə hazırıq. \\Dunyaninsesi.Az