Azərbaycanda Cənubi Qafqaz- Avropa sülh tərəfdaşlığı çərçivəsində görüş keçirilib.
- 25.11.2021, 22:42,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 274
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir həftə davam edən tədbirin ilk açılışı Bakı şəhərində reallaşıb. Tədbirdə sülh platformasının, vətəndaş cəmiyyətinin aktiv üzvləri, ziyalılar, jurnalistlər iştirak edib. Cənubi Qafqaz regionunda yaşayan xaqların sülh və dostluq şərtləri çərçivəsində birgə yaşayışı mövzusunda çıxış edən iştirakçılar ölkəmizin əsrlərdir tolerantlıq və dostluq şərtləri adı altında digər etniklərlə birgə yaşayışını yüksək qiymətləndirib. Tədbiri giriş sözü ilə açan Almaniyalı professor, “EuroKaukAsia” adlı mədəni və elmi cəmiyyətin təmsilçisi Rasim Mirzəyev Qafqaz-Avropa işbirliyi çərçivəsində Cənubi Qafqaz regionunda yaşayan xalqlar, dövlətlər arasında sülh, dostluq münasibətlərinin yaradılmasının, ötən ilin 44 günlük Azərbaycan-Ermənistan dövlətləri arasındakı müharibədən sonra regionda gərginləşən millətlər arasında münasibətlərin normallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Xüsusilə Dağlıq Qarabağ regionunda azərbaycanlılarla ermənilərin birgə yaşayışına hər iki xalqın səy göstərməsini və sülh, dostluq şərtləri altında nifrət propoqandasından xilas olmasını vacib hesab edib. Digər çıxışçılar da əsrlərə dayanıqlı Azərbaycanın tolerant yanaşması bu baxımdan hər iki xalqın nümayəndələrinə sülh, əmin-amanlıq bəxş edə biləcəyini, onların Dağlıq Qarabağ regionunda birgə yaşayış ənənələrinə malik olmasını qeyd ediblər. Sonradan ermənilər arasında süni şəkildə yaradılan azərbaycanlılara qarşı nifrət proponqandası və ərazi iddiası ötən əsrin 90-cu illərində regionda müharibənin başlanmasına və Azərbaycan tərəfin ərazi itirməsinə səbəb olmasını da bildirənlər torpaqların işğaldan azad olunmasından sonra hər iki xalq dövlət səviyyəsindən, qeyri hökümət təşkilatlarına qədər normal münasibətlərin qurulmasında maraqlı olmasının vacibliyini irəli sürüblər.
İki günlük davam edən tədbirdə çıxışçıların təklif və məsləhətləri qeydə alınıb. Daha sonra tədbirin davamı Bərdə rayonunda yerləşən “Bərdə Qadın Klubu”nda davam etdirilib. Klubun aktiv üzvləri, Bərdədən və ətraf rayonlardan olan iştirakçıları tərəfindən indiyə qədər regionda sülh tərəfdaşlığı və münasibətlərin aydınlanması istiqamətində reallaşdırdıqları lahiyələr barədə, ötən ilin hər iki tərəfə verdiyi itkilərin acıları və müharibə fəlakətinin təsiri istiqamətində fikir mübadiləsi aparılıb, müsahibə şəklində dinləmə metodu ilə çıxışçıların şəxsi fikirləri öyrənilib.
Cənubi Qafqazda sülh və dostluq münasibətlərinin normallaşdırılması istiqmətindəki tədbirin davamı Azərbaycandan sonra mərhələli şəkildə Gürcüstan və Ermənistanda da davam etdirilməsi nəzərdə tutulub.