Heydər Əliyev və Azərbaycan səhiyyəsi

  • 13.05.2024, 16:12,
  • Gündəm
  • Baxılıb: 223
Heydər Əliyev və Azərbaycan səhiyyəsi

Niyaz Hüseynov
Sabirabad rayon Omeqa Klinikasının baş həkimi


Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki tarixi rolu ölçüyəgəlməzdir.

Ulu öndər üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyə­nin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlan­ması olub. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respub­lika səhiyyəsində mövcud olan durğunlu­ğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu.

1969–cu ilin dekabrında Azərbaycan SSR Ali Sovetinin VII sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nai­liyyətlərin bünövrəsində dayanan “Sağ­lamlıq Məcəlləsi” adlı sənəd qəbul etdi. 1970–ci ildə Ümumdünya Səhiyyə Təş­kilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq tibbi avadanlıqlar sərgisinin məhz Bakıda keçirilməsi res­publikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə evsahibliyi etməsi artıq ənənə­vi hal aldı.

Heydər Əliyev və Azərbaycan səhiyyəsi


Bu kimi tədbirlərin Bakıda keçirilmə­sini təşkil edən ümummilli lider ölkəmizin səhiyyə sahəsinin dayanıqlı və sabit inki­şafının təmininə əlverişli şərait yaradırdı.

Ulu öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin ol­duqdan sonra səhiyyə sisteminə də nə­zarət edirdi. Sovet İttifaqının məşhur tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüş­lər keçirir, onların diqqətini ölkəmizə cəlb etməklə Azərbaycan səhiyyəsinin inkişa­fına zəmin yaradırdı.

Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin dahi siyasəti nəticəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sis­temi də xilas edildi. Səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırıl­ması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçı­lıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında imzalanan Əmək­daşlıq Proqramına uyğun olaraq, uşaq ölümünün digər bölgələrə nisbətən yük­sək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda isla­hatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Ma­sallı, Lənkəran, Cəlilabad və Salyan ra­yonlarında da böyük uğurlar əldə olundu.

2000-ci ildə Heydər Əliyevin göstə­rişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan hərbi-tibb fakültəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakültə­nin məzunları olan qəhrəman həkimləri­mizin yüzlərlə əsgərin həyatını xilas etdi­yinin şahidi olduq.

Bu gün Azərbaycan səhiyyəsi ulu öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağ­lamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsilləri­nin sağlamlığının təminatıdır.

Müasir dövrümüzdə səhiyyədə gün­dən-günə inkişaf edən, əhalinin bir sıra ehtiyaclarını asanlaşdıran yeni-yeni xid­mətlər yaradılmaqdadır. Bu xidmətlər­dən biri də avtomatlaşdırılmış elektron xidmətləridir. Avtomatlaşdırılmış elek-tron xidmətlərin tibb sahəsində də tətbiq olunması Azərbaycanın əsas prioritetlə­rindəndir. Bu mənada səhiyyənin ASAN modeli olan Yeni Klinikanı misal göstər­mək mümkündür.

Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin siyasətinə istinad edərək qətiy­yətlə irəliləyir, gücünü və qüdrətini dur­madan artırır, ümummilli liderin ideya­larının həmişəyaşar olduğunu bir daha təsdiqləyir.

Dünyanın ən böyük neyməti can sağlıdır deyən atalarımız, həmişə səhətlərinə diqət yetirməyin irsini qoruyub saxlayıblar . Məhs xalqın sağlamlığının keşiyində duran həkimlərimizdirdən biridə Omeqa klinikasının Baş həkimi Niyaz Hüseynovdur.
Niyaz Hüseynov xalqa, dövlətə, rəhbərliyə və rəhbərlik etdiyi şəxslərə sədaqətlə bağlı olan şəxsdir. Niyaz Hüseynov Omeqa klinikasının sahibi və Baş həkimi kimi, Omeqa klinikasının fəaliyyətə başladığı vaxtdan bu günə qədər, ətrafında olan insanlarla gülər üz, mehriban şəkildə ünsiyyət qurduğu üçün, əhalinin və çalışdığı kollektivin rəğbətini qazanıb.

Ülü Öndərimiz Heydər Əliyevin siyasi kursuna və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənablarının ideyalarına ürəkdən hörmətlə bağlı olan Niyaz Hüseynov Respublikada aparılan yenidən qurma və bərpa işləri ilə fəxr edib, ölkənin hər sahəsində əldə edilən ınkişafa və qələbələrə ürəkdən sevinən vətənpərvər insandır. Niyaz Hüseynovun rəhbərliyi ilə Omeqa klinikasında, daxili nizam - intizama diqqətlə əməl edilməsi ilə yerli sakinlərin xidmətində klinikaya müraciət edən vətəndaşların səhətinin keşiyindədir. Omeqa klinikasının Baş həkimi Niyaz Hüseynov həmişə şəhid ailərinə, qazilərə, diqət və qayğı ilə yanaşıb. Niyaz Hüseynov mətbuat işçiləri ilə də mehriban və isti münasibət göstərir.

Bizdə redaksiyamızın adından Omeqa klinikasının Baş həkimi Niyaz Hüseynovun işlərində müfəffəqiyyətlər diləyib. Niyaz Hüseynova can sağlığı, uzun ömür və bol ruzi arzu edirik.
Mədəniyyət