SƏHİYYƏNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ

 SƏHİYYƏNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ

Sivil, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan çiçəklənmə dövrünü yaşayır. İstənilən sahədə əldə olunan nailiyyətlərdən danışarkən, ilk növbədə müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli ictimai-siyasi, böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri qeyd edilir, yüksək qiymətləndirilir. Ölkəmizdə elə bir sahə tapılmaz ki, orada ulu öndərimizin fəaliyyəti hiss olunmasın, Azərbaycanın dövlət müstəqilliyini qazanması, bu tarixi nailiyyətin qorunaraq inkişaf etdirilməsi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması, onların həyat şəraitinin maksimum səviyyədə yüksəldilməsi, bir sözlə, həyatın bütün sahələrində əldə edilən müsbət nəticələr ümummilli liderimizin adı, tarixi xidmətləri ilə bağlıdır.
Heydər Əliyevin rəhbərliyi ilə və onun gərgin əməyi sayəsində Azərbaycanın qazandığı uğurlar təkcə 1993-cü ildən sonrakı dövrü əhatə etmir. Tam məsuliyyətlə deyə bilərik ki, bugünkü uğurların, həmçinin müstəqilliyimizin təməli ötən əsrin 70-ci illərində qoyulmuşdur. 14 iyul 1969-cu ildə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev qısa zaman ərzində Azərbaycanın hərtərəfli inkişafına nail oldu. Milli-mənəvi dəyərlərimizə, dilimizə, dinimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə edilən təcavüzlərin qarşısını ulu öndər qətiyyətlə aldı.
Digər sahələr kimi, səhiyyənin inkişafı da onun gərgin əməyinin bəhrəsidir. Milli kadrların hazırlanması siyasətini uğurla həyata keçirən ümummilli liderimiz qədim tarixə, zəngin ənənələrə malik olan tibb elminin hərtərəfli və daha sürətlə inkişaf etdirilməsi üçün müstəsna xidmətlər göstərmişdir. Əhalinin sağlamlığının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi, köməkliyi ilə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilərək xalqın ixtiyarına verildi. Respublikamızın hər bir vətəndaşı, o cümlədən səhiyyə sahəsində çalışanlar həyatın hər anında müdrik rəhbərin qayğısını hiss etmişlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət idarəçiliyi sahəsində yeni mexanizmin hazırlanaraq həyata keçirilməsi zərurəti yaranmışdı. Qeyd etməliyik ki, 1993-cü ilin ilk yarısına qədər o vaxtkı iqtidar belə bir mexanizmi hazırlaya bilmədi. 1993-cü ilin iyun ayında xalqın çoxsaylı xahişləri, təkidli tələb və müraciətləri ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın hərtərəfli və uzunmüddətli inkişaf proqramını hazırlayaraq onu uğurla həyata keçirdi. Uzaqgörən siyasətçi ölkənin sürətli inkişafını bütün sahələrdə əsaslı islahatların aparılmasında görürdü. Heydər Əliyevin qətiyyətli addımları sayəsində təhlükələrdən xilas olan Azərbaycanda tezliklə hər bir sahəni əhatə edən islahatlara başlanıldı. Sonralar ölkəmizin dünyaya inteqrasiya olunmasında bu islahatlar mühüm rol oynadı. Həmçinin bu, ölkəmizin sosial-iqtisadi həyatında yeni bir səhifə açdı. Səhiyyənin bugünkü uğurları da məhz bu sahədə aparılan islahatların nəticəsidir.
Heydər Əliyevin səhiyyə sahəsinə dair nəzəri baxışlarının və əməli fəaliyyətinin öyrənilməsinə hərtərəfli elmi-tədqiqat mövqeyindən yanaşmaq günümüzün ən aktual, ən fundamental sahələrindən biri kimi daha çox əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyev öz xalqının sağlamlığı, əmin-amanlığı naminə çox işlər görmüşdür.
Azərbaycan səhiyyəsinin inkişaf tarixinə, onun problemlərinə, bu sahədə qazanılmış təcrübəyə və mövcud reallıqlara ulu öndər Heydər Əliyevin münasibətini ifadə edən, xalqımızın gələcəyə inamla baxmasına imkan verən ümumiləşdirici məsələlərə, elmi və praktik təbabət sahəsində böyük nailiyyətlərə qədər minlərlə fakt və misal göstərmək olar.
Səhiyyə sahəsinə diqqətin artırılması və bu sahənin möhkəmləndirilməsi üçün ulu öndərin səyləri sayəsində Azərbaycan nəinki Ümumittifaq arenaya, hətta beynəlxalq miqyasda tanınmağa müvəffəq olmuşdur.
Yeni müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyi dövrdə səhiyyə insanların şüurunda, təhsilində, təlim-tərbiyəsində, bütün həyat tərzində öz əksini tapmışdır. Səhiyyənin maddi-texniki bazasını təkmilləşdirmək, əhalinin sağlamlığı sisteminin konsepsiyası işlənib hazırlanmışdır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən, cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçilərinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar.
Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm, deyə bilərəm ki, sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsuz”.
Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu islahatlar aparılır. Yeni xəstəxanaların, tibbi laboratoriyaların, tibbi müəssisələrin açılması geniş vüsət almışdır. Bu müəssisələr ən müasir avadanlıqlarla təmin edilmişdir. Əsası da odur ki, bu tibb müəssisələrində çalışan səhiyyə işçiləri insanlara, xəstələrə, yüksək tibbi xidmət göstərirlər.
Azərbaycanda əhalinin sağlamlığının qorunmasını yaxşılaşdırmaq məqsədilə ümummilli liderimiz Heydər Əliyevin göstərişlərinə uyğun olaraq səhiyyə sahəsində geniş islahatlar proqramı üzrə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində tibbi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmir və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin tibbi təminatının yaxşılaşdırılması, pulsuz tibbi xidmətin spektrinin genişləndirilməsi, dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi və digər məsələlər öz həllini tapmışdır. Bütün bunlar əhaliyə tibbi xidmətin keyfiyyətinin əsaslı surətdə yaxşılaşmasına imkan vermişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkədə tibbin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.
Bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin qurduğu dövləti daha da möhkəmləndirir, inkişaf etdirir. Biz fəxr edirik ki, böyük öndərin ideyalarını həyata keçirməyi qarşısına əsas məqsəd qoymuş hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin əməllərinin təntənəsini görür. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacağıq, onu həyat davam etdikcə yaşadacağıq.

Fərhad Səfərov,
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi
  • Нравится
  • 0
ioztud jg kcw vhjja fseoz ibqpnem ilwhovz irjfvgewsv ri rngryhnulb
http://le-nora.com/userfiles/file/53947644708.pdf
https://segoponozumi.weebly.com/uploads/1/3/4/0/134000249/6840348.pdf
https://gavuzawujoje.weebly.com/uploads/1/4/2/1/142134772/8185927.pdf
https://colab.research.google.com/drive/1tbpv4Brnvjf5J8OIIBbGm1G7UamzdPxM
http://www.fotografoeventimilano.com/wp-content/plugins/formcraft/file-upload/s
erver/content/files/16246bba3d5731---20109695742.pdf
действия
  • Нравится
  • 0
Подетальнее после этого

игры на икс бокс 360 freeboot
действия
Mədəniyyət