Ermənistanın məglubiyyət sənədi

  • 12.11.2023, 12:16,
  • Gündəm
  • Baxılıb: 204
Ermənistanın məglubiyyət sənədi

Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində qəhrəman ordumuzun şücaəti dünya hərb tarixinə yazılacaq bir iz qoydu. Müzəffər Ali Baş Komandanın uğurlu rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar düşməni elə bir vəziyyətə saldı ki, fərarilik və təslimçilik işğalçının yeganə qurtuluş yoluna çevrildi.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini Tarixi Qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu Bəyanat, ilk növbədə Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirən sənəddir və mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.

“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

Yeri gəlmişkən, qeyd edək ki, imzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, zəfərlə başa çatan Vətən müharibəsində işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın diplomatiya sahəsində gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində qarşı tərəfdən buna cavab verilmədi.

Məlum olduğu kimi, bu gün artıq Azərbaycan bölgənin lider dövləti kimi mümkün inkişaf perspektivlərini öz nəzarətində saxlayır və bu inkişafı təmin edir. Bu prosesin uğurlu icrasını gerçəkləşdirən Prezident İlham Əliyevin peşəkar siyasəti və lider kimi beynəlxalq arenada tutduğu mövqe ölkəmizin inkişafının əsasını şərtləndirir.

Ən əsası, 10 noyabr üçtərəfli Bəyannamə Ermənistanın məglubiyyət sənədidir. Bu tarixi sənəd Vətən savaşında əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra suyu qurumaqda olan gölə bənzəyən Ermənistana rəsmi Bakı tərəfindən verilmiş son şansdır. İşğalçı ölkə unutmamalıdır ki, Qüdrətli Azərbaycanın İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanı var!

İlkin Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini




Mədəniyyət