Qəhrəman Azərbaycan əsgəri və qələbə əzmi

Qəhrəman Azərbaycan əsgəri və qələbə əzmi

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Xalqımız bu Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Və o gün gəldi. Azərbaycan Ordusu sentyabrın 27-də Ali Baş Komandanın əmrilə əks-hücum əməliyyatına başladı və cəmi 44 gün ərzində Ermənistanı məğlub etdi, işğala son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Hamımız üçün 44 günün hər biri şərəf, ləyaqət və qürur günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edərək birləşdirdi.
Müharibə başlanan andan hər gün xalqa xoş müjdələr verən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də Şuşanın azad edilməsini bildirdi. Qarabağın tacı olan bu şəhərin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu.
Azərbaycan xalqının, cəsur əsgərlərimizin, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, sarsılmaz iradəsi sayəsində, nəhayət ki, otuz ildən sonra Vətənimizin işğal olunmuş əraziləri azad edildi. Azərbaycan ordusu xarüqələr yaratdı, mümkün olmayanı mümkün etdi, möcüzə göstərdi. Zahirən adama elə gəlirdi ki, bu müharibədə qalib gəlmək olmaz. Çünki müasir dünya və mövcud reallıqlar bunu deyirdi. Qarabağ problemi yaranan andan etibarən separatçı erməni dövləti bütün dünyanı, və həmçinin, BMT-ni yalanlarla aldatmışdı. ABŞ və Fransada kök salan erməni lobbisi, dünya erməni diasporu bütün dünyaya dezinformasiya ötürməyi özünə peşə seçmişdi. Bir sözlə, erməni saxtakarlığının həddi-hüdudu yox idi. Bütün bu reallıqları Azərbaycan rəhbərliyi də, xalqımız da yaxşı görür, uzun illərdən bəri bu vəziyyətlə mübarizə aparmalı olurdu.
Ermənistan Respublikası illər boyu bütün dünya ictimaiyyətini, beynəlxalq təşkilatları öz yalanları, saxtakarlıqları ilə aldatmışlar. Lakin düzgün xarici siyasət nəticəsində Azərbaycan bütün dünyaya gerçəklikləri çatdırdı. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu gün artıq Qarabağ azaddır. Bu gün hər bir azərbaycanlı başını dik tutaraq cənab Prezidentlə birgə "Qarabağ Azərbaycandır" deyir. Bu gün artıq Şuşada, gözəl Cıdır düzündə, Xarıbülbülün vətənində erməni dığaları deyil, Azərbaycan əsgəri, xalqımızın oğul və qızları yallı gedirlər.
Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini qlobal pandemiyanın davam etdiyi şəraitdə böyük Zəfərlə başa çatdırdı və öz ərazi bütövlüyünü təmin etdi. Bu, həqiqətən tarixi bir Zəfər idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
Bəli, 27 sentyabr 2020-ci il tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu və həmin gün başlayan Vətən müharibəsi 10 noyabrda bizim tarixi Zəfərimizlə tamamlandı. İtirdiyimiz torpaqlarımızla yanaşı, qürurumuzu, şərəfimizi də geri ala bildik. İki əsrdən artıq üstümüzə gələn və hər gəlişində də bir şeylər qoparan arxalı köpək qarşımızda tar-mar oldu. Bu gün artıq bütün qara ləkələrin silindiyi tərtəmiz bir təqvimimiz var.

Murad Feyziyev,
Salyan şəhər sakini, Vətən müharibəsi iştirakçısı
  • Нравится
  • 0
  • Alfredo
  • 17-12-2021, 02:27
  • : 02:27
Defrost frozen foods in minutes safely and naturally with
our THAW KING™.

50% OFF for the next 24 Hours ONLY + FREE Worldwide Shipping for a LIMITED

Buy now: thawking.store

my site fast thawing tray
действия
Mədəniyyət