Müstəqillik Günü Laçınlılar Laçın şəhərinə qayıtdılar.

  • 31.05.2023, 11:24,
  • Gündəm
  • Baxılıb: 89
Müstəqillik Günü Laçınlılar Laçın şəhərinə qayıtdılar.

Məlum olduğu kimi, may ayının 28-də Laçın şəhərinin sakinləri 31 ildən sonra öz doğma şəhərinə qayıtdılar. Həmin gün həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 ili tamam oldu. Azərbaycan öz təbiəti, yeraltı və yerüstü sərvəti, tarixi, mədəniyyəti, dəyərləri ilə hər zaman başqa ölkələri cəlb edib. 23 ay müstəəqil dövlət kimi yaşayan Azərbaycan uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, müstəqilliyini bərpa etmək, güclü, dünyada hörmətli dövlət qurmaq ideyasıhər zaman aktuallıq kəsb etmişdir. Ötən əsrin 70-ci iilərindən başlayaraq Ulu Öndər Heydər Əliyev addım-addım Azərbaycanı geridə qalan aqrar respublikadan, sənaye respublikasına çevirdi, “Azərbaycançılıq” ideologiyasını həyata keçirdi, biz bunu bütün sahələrdə müşahidə edə bilərik. Nəhayət, 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan bu gün artıq regionun şəksiz lideri olan, eyni zamanda onun ərazi bütövlüyünü necə bərpa etməyin unikal nümunəsini təqdim edən ölkəyə çevrildi. Biz hər birimiz belə bir ölkədə yaşamağın necə qürur verdiyinin, hər birimizdə necə fəxarət hissinin yaratdığının fərqindəyik. Azərbaycan aparıcı dünya dövlətlərinin sayəsində deyil, öz qəti və dönməz mövqeyi nəticəsində ədaləti bərqərar etmişdir. Ona görə də bu unikal bir təcrübədir. Dövlət başçımızın dediyi kimi “ Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. “Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında” - bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik”. Biz Azərbaycanın iqtisadi və sosial inkişafına sərf oluna biləcək qiymətsiz illəri itirmişik. 30 ilə yaxın erməni işğalında qalan ərazilərimiz ən münbit, ən zəngin diyarlarımızdandır. Əgər bu işğal olmasydı,ötən dövrdə Azərbaycan iqtisadiyyatı sözlə ifadə edilməz dərəcədə inkişaf edərdi, iqtisadi imkanlarımız daha çox artardı. Lakin əfsuslar olsun ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra bir milyon qaçqını və məcburi köçkünü yerləşdirmək məcburiyyətində qaldı. Ölkədə hökm sürən xaos, özbaşınalıq iqtisadiyyatı tamam çökməsinə səbəb olmuşdu. 1993-cü ildə Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra iqtisadi islahatlar həyata keçirildi, n eft kontraktları bağlandı, ölkənin iqtisadi vəziyyəti müsbətə doğru dəyişdi. Bu siyasəti daha da gücləndirən prezident İlham Əliyev iqtisadi imkanlarımızı atrtırdı. Əldə olunan gəlirlərin mühüm hissəsi ordu quruculuğuna yönəlmişdi. Ölkə başçısının da dediyi kimi, Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”. 1992-ci ilin mayında Laçın işğal olundu. 2023-cü ilin may ayında, müstəqilliyimizin 105-ci ilində Laçınlılar öz doğma torpaqlarına əbədi yaşamaq üçün qayıtdılar. Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi müasir Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev məhz işğaldan azad edilmiş Laçından Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə müraciət etməsi rəmzi məna daşıyır. Həmin müraciətdə deyilənləri həmişə həyata keçirən dünya səviyyəli siyasətçinin sərt, ədalətli, konkret mesajları var idi. "Miatsuma" kitabı bağlandı, separatizmə son qoyuldu. Müstəqillik arzuları status kimi getdi. Və biz ikinci Qarabağ müharibəsi zamanı statusu lazımi yerə göndərdik" deyən dövlətimizin başçısı, Qarabağda yaşayan ermənilərə yeganə çıxış yolunu göstərdi: “Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər”. Bütün bu tələblər qanuni və ədalətlidir. Azərbaycanın istənilən yolla onların həyata keçirilməsinə nail olmaq imkanı var. Dövlətimizin başçısı bird aha bildirdi ki: “Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”.

Gülər Əmiraslanova,
YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının sədr müavini
Mədəniyyət