Azərbaycanın dünya ölkələri arasında mövqeyi əhəmiyyətli dərəcədə artmaqdadır
- 27.01.2023, 09:31,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 183
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak etmişdir. Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb. Prezident çıxışı zamanı bir çox iqtisadi məsələlərə toxunmuşdur. Dövlət başçısı Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Azərbaycanda siyasi və iqtisadi sahələrdə aparılan islahatlar, qonşu ölkələrlə münasibətlər, dünyada baş verən proseslər və digər məsələlər barədə danışaraq ölkəmizin gələcək planları barədə məlumat vermişdi. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində oldu.
Orta Dəhlizlə bağlı çoxtərəfli razılaşmalara gəlindiyini bildirən Prezident İlham Əliyev qeyd edib: “Mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır”. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanın Xəzər dənizində 53 ticarət gəmisi vardır. 2021-ci ildə Avropa bazarına ixracımız 8 milyard kubmetr olmuşdur. Bu il isə ixrac ən azı 11,6 milyard kubmetrə çatdırılması planlaşdırılır. Hər ötən il təchizatın artan dinamikası muşahidə olunur. Azərbaycan tranzit ölkəsidir. Bu gün Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.
Ölkə başçısı İlham Əliyevin yorulmadan gördüyü işlər ölkəmizin daimi inkişafına və tərəqqisinə yönəlmiş addımlardır. Biz inanırıq ki, ölkə başçımızın düzgün və səmərəli fəaliyyəti Azərbaycanın iqtisadiyatını inkişaf etdirib, dünya ölkələri arasında xüsusı mövqeyini və əhəmiyyətini daima artıracaqdır.
Pünhan Qasımova,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədr müavini