İnsan alveri bu gün Azərbaycan da daxil olmaqla bir sıra ölkələri narahat edən əsas problemlərdən biridir. Bu elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur.
Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm də ölkənin bir sıra şəhər və rayonlarında fəaliyyət göstərən disko klublar, sauna və gecə barları, otellər, masaj salonları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər. Düzdür, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər - "sutenyor" və "mama roza"lar, həmçinin onların himayədarları öz bildiklərini etməyə, bizneslərini genişləndirməyə davam edirlər.
Nəzərinizə çatdıraq ki, bu cür "yuva"lara daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir. Bakı-Sumqayıt şəhərlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların gecələdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır.
Adı "mehmanxana" olan bu obyektlərdə vəziyyət tamam başqa cürdür. Belə ki, buranın fərqli profillə ixtisaslaşması obyektlərin xidmətlərindən istifadə edənlərin tərkibini də dəyişdirib. İndi sözügedən obyektlərdən əsasən imkanlı şəxslər, onların ailə üzvləri - övladları istifadə edirlər. Bu yerlərdə də cinsi istismara məruz qalanlar əsasən 18-25 yaş arası qızlardır:
Maraqlıdır ki, nədənsə aidiyyəti qurumlar da bu məsələyə biganə yanaşırlar. Elə bu səbəbdən də sözügedən "istirahət mərkəzləri"nin rəhbərliyi barədə sərt tədbirlər görülmür. Əksinə, həmin əxlaqsızlıq yuvaları açıq-aşkar və çox arxayın şəkildə öz bizneslərini həyata keçirirlər.
NİZAMİDƏ MİRZƏNİN KAFE ADI ALTINDA ƏXLAQSIZLIQ YUVASI
Qeyd edək ki, bu əxlaqsızlıq yuvaları barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları belə əxlaqsızlıq yuvaları barədə ölçü götürmür. Çünki bu əxlaqsızlıq yuvaları yüksək çinli məmurlar tərəfindən himayə olunur. Əgər belə olmasaydı, onlar barəsində çoxdan ölçü götürülər, fəaliyyətlərinə imkan yaradılmazdı. Maraqlıdır ki, həmin oyektləri işlədənlər də zəngin həyat yaşayırlar. Onlar cinsi istismardan əldə olunan vəsaitlə özlərinə bahalı evlər, avtomobillər və nələr-nələr əldə etmirlər. Elə aşağıda adlarını çəkəcəyimiz əxlaqsızlıq yuavalarında da baş verənlər damarlarda qan dondurur. Lakin təəssüflər olsun ki, rayon polis idarələri bir çox hallarda buna göz yumurlar. Əgər göz yummasaydı, Nizami rayonunun R. Rüstəmov kücəsində, qaz "zaprafkası"nın yanında kafe adı altında gizlənərək əxlaqsızlıq yuvası kimi istifadə olunan obyekt fəaliyyət göstərməzdi. Qeyd edək ki, Mirzə adlı bir nəfərin idarə etdiyi bu obyektin təhlükəsizliyi olduqca yüksək səviyyədə qorunub. Çünki içəridə tanışın olmasa, yaxud obyekti işlədənlərə qarşı etibarlılığın olmasa səni heç vaxt bura buraxmazlar. Verilən məlumata görə, Mirzə adlı bu şəxs uzun müddətdir bu sahədə "calışır". Bu da onu göstərir ki, bu şəxsin "arxası yüksək yerə baglıdır".
Kücə sakinləri həmin "kafe”nin təqribən coxdan fəaliyyət göstərdiyini dedilər. Onların sözlərinə görə, illərdir ki, "fahişəxana” kimi fəaliyyət göstərən bu əxlaqsızlıq yuvasının olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər, lakin hələ də bu qanunsuzluğun qarşısı alınmayıb.
Əxlaqsızlıq yuvalarının gizli, ictimaiyyətin diqqətindən kənarda fəaliyyət göstərdiyi hər kəsə məlum olsa da, burada vəziyyət tamam fərqlidir. Üzərində adı qeyd olunmayan bu obyektin sahibi müştəri cəlb etmək üçün elə qəsəbənin mərkəzi küçəsindəcə oz "iş”ini qurub və kifayət qədər məşhur məkana çevrilib.
Ətrafda olan sakinlərin dili ilə desək, bu məkan Nizami rayonu bölgəsində "məşhur fahişəxana”dır. Bir neçə dəqiqə müşahidə aparmaq kifayətdir ki, açıq-aşkarda mini ətəkli qızların içəriyə daxil olmalarını şahidi olasan.
Rəcəb adlı qəsəbə sakini axşam saatlarında buranın "Bombeyi" xatırlatdıgını dedi: "Mini ətəkdə olan qızlar spirtli içkilər qəbul edib, müştərilərlə əylənirlər. Söyüş eşitməkdən və əxlaqsız hərəkətlər görməkdən bezmişik. Sizin vasitənizlə aidiyyatı orqanlardan xahiş edirik ki, bu rəzaləti aradan qaldırsınlar və əxlaqsızlıq yuvasını bağlasınlar”.
Ardı növbəti cayımızda...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxeber.az