Bir neçə gün bundan öncə redaksiyamızın elektron poçtuna Ağdam rayon mərkəzinə yaxın ərazidə baxıcılıq fəaliyyəti ilə məşğul olan, bu yöndə atdığı addımlarına görə hər gün xeyli məbləğdə “haqq-hesab” qazanmağı bacaran, dəfələrlə çoxsaylı insanları “tora salan” və bütün bunların qarşılığında özünə eni-uzunu bilinməyən görkəmdə gözəgəlimli yaşayış evi inşa etdirən, hətta ötən illər ərzində külli miqdarda var-dövlət əldə etməklə, məhz Ağdamın imkanlı şəxslərindən birinə çevrilən baxıcı Nəsibənin əməlləri haqda xeyli məlumatlar daxil olub. Bu yöndə daxil olan məlumatlarda o da qeyd olunur ki, Nəsibənin səhhətində müəyyən problemlər olsa da, həmçinin müəyyən yaş həddinə çatsa da, o, hələ də tutduğu əməllərindən əl çəkmək fikirində deyil. Deyəsən, belə bir gedişlə adı çəkilən bu şəxs heç zaman məşğul olduğu bu cür əməllərindən əl çəkməyəcək.
Bir məqama da toxunaq ki, adı Nəsibə sözlərinin birləşməsindən əmələ gələn bu şəxsin belə bir yöndə fəaliyyət göstərməsinin uzun illəri əhatə edən möcüzəli tarixçəsi var. Bəlkə də, baxıcı Nəsibə adı ilə tanınan bu şəxsin hüzuruna gün ərzində yüzlərlə qadın, neçə-neçə ailə həyatı qurmamış qızlar, ailəsində və yaxud da iş fəaliyyətində müəyyən problemləri olan şəxslər üz tuturlar. Ağdam sakinlərindən bəzilərinin şifahi məlumatlarına görə, o, hüzuruna gələn qadınların bir çoxuna, ailə həyatı qurmaq istəyində olan gənclərə və s. çox zaman bəxt açacağı yöndə “yağlı vədlər” verir. O, hüzuruna gələn şəxslərə atacağı addımların qarşılığında müəyyən əşyalar aldırmaqdan əlavə, hətta onların pul-paralarını da ələ keçirməyi bacarır.
Məsələnin düşündürücü tərəfi odur ki, bu şəxsin fırıldaq əməlləri haqda Ağdam rayon Polis Şöbəsinin rəhbərliyi, şöbədə çalışan digər vəzifə sahibləri və s. lazımi qədər məlumatlı olsalar da, nədənsə baxıcı Nəsibə bir kimsə “qaşın üstə qara var” demir, yaxud da demək istəmir. Bu cür yanaşmanın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Söylənilənlərə görə, adı “Nəsibə” və sözlərinin birləşməsindən əmələ gələn bu şəxs, hər ay polisdə vəzifə sahibi olanlara “baş çəkir” və belə yolla o, məhz “toxunulmaz şəxs”ə çevrilir. Belə ki, bu gün də baxıcı Nəsibənin Ağdam rayonu ərazisində “kor atı minib köndələn çapmaq”la məşğul olur. Belə olan halda sual oluna bilər ki, bu şəxsə hansı vəzifə sahibi “yaşıl işıq” yandırır ki, o, hələ də belə bir addımlarını atmaqda davam edir.
Qeyd edək ki, redaksyamıza baxıcı Nəsibənin fırıldaq əməlləri haqda silsilə məlumatlar daxil olduqdan sonra, müəyyən araşdırmalar aparmağa qərar verdik. Düzdür, ilk əvvəl RPŞ-nin rəhbər şəxsləri ilə əlaqə saxlayıb bu kimi məsələlərə aydınlıq gətirmələrini istəsək də, bu yöndə etdiyimiz cəhdlərin heç biri hansısa nəticəni vermədi. Məhz, biz də az-çox məlumata malikik ki, bu yöndə ünvanlayacağımız suallara qarşı tərəf heç zaman doğru-dürüst cavab verməyəcək. Yəni, qarşı tərəfin standart bir cavabı olacaq, o da “bizim bu haqda heç bir məlumatımız yoxdur, araşdırıb cavab verəcəyik” deyə cavab versələr də, əslində bu cür cavablar baş aldatmaqdan başqa bir şey olmur. Necə olur ki, biz Bakı şəhərində ola-ola baxıcı Nəsibənin Ağdamda ayrı-ayrı şəxslərə qarşı atdığı fırıldaq əməllərlə bağlı lazımi məlumatları eşidirik, amma RPŞ-də səlahiyyətliləri bu yöndə məlumatsız olurlar? Bu kimi halların varlığı da, yuxarıda qeyd etdiyimiz kimi ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.
İddialara görə, baxıcı Nəsibənin “toxunulmaz şəxs” adı ilə məşhur olmasında Ağdam RİH-i başçısının da müəyyən xidmətləri olur. Yəni söylənilənlərə görə, rayon rəhbərliyi ara-sıra bu şəxsin təsir imkanlarından yararlanır və bir növ “Azərenerji” ASC-nin prezidenti cənab Balababa Rzayevin yolunu gedir. Ona görə də Ağdamda baxıcılıq fəaliyyəti ilə məşğul olub insanları “tora salan” Nəsibə, məhz bir kimsə “qaşın üstə qara var” deyə bilmir. Bəzi çevrələrdə dolaşan söz-söhbətlərdə o da iddia olunur ki, rayon rəhbərliyi ara-sıra baxıcı Nəsibənin iş otağına dəvət etdirir və onun “bədnəzərlər”dən uzaq olması üçün özünə “cadu” da etdirir. Bütün bu kimi səbəblər üzündəndir ki, bu gün baxıcı Nəsibənin gözəgəlimli mənzilində qorxusuz-təhlükəsiz fəaliyyət göstərməkdə davam edir.
Çəkilişlər ikinci yazıda yayımlanacaq