Bakıda jurnalist narkotik satarkən həbs edildi - POLİSDƏN XÜSUSİ ƏMƏLİYYAT

  • 02.05.2019, 13:32,
  • Hadisə
  • Baxılıb: 254
Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub.

Beş.az xəbər verir ki, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır
Mədəniyyət