İran Azərbaycanın D-8-ə üzv olmaq üçün müraciətini dəstəkləyib
- 28.07.2022, 10:07,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 143
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olmaq üçün müraciətini dəstəkləyib.
DİA.AZ “Report”a istinadən xəbər verir ki, D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bu müraciətə dəstəyini ifadə edib.
“D-8-in genişlənməsi və yeni üzvlərin cəlb olunması təşkilatın məqsədlərini reallaşdırması üçün alət ola bilər. Dost və qonşu Azərbaycan Respublikasının D-8-ə qoşulmaq hazırlığını və istəyini alqışlayırıq”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan quruma üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.