Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğubütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır.
Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyütədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib ,siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda özünü təsdiq edib,bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabər hüquqlu tərəfdaş kimi qəbul edilib. Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib.Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib, açıq və prinsipial siyasət olduğunu bildirib.Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur.Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir və beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir.
Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb, müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib.BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir. Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib.1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb.Ölkəmiz dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür. Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək,yeni nailiyyətlər, uğurlar qazanacaqdır.
Vəfa Əbilova, MİHİ Salyan Rayon Komitəsinin sədri