Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

- 20 dekabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası
keçirilib.
DİA.AZ xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar
Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru
Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun
İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.
İlk olaraq Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Mikayıl Cabbarov iclas iştirakçılarını salamlayıb. Daha sonra Fondun İdarə Heyətinin
sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı
məlumatı təqdim edib.
İclas iştirakçıları “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri
(2022-2025)”, “2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”, “Qrantın
verilməsi qaydaları”, “Fondun fəaliyyətinin standartları siyasəti”nin təsdiqi və
Qarabağ Dirçəliş Fondunun kənar auditorunun seçilməsi kimi məsələlər barədə geniş
müzakirələr aparıb.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən
təsdiqlənib.
Qeyd edək ki, Müşahidə Şurası tərəfindən bir neçə auditor şirkətinin təklifləri
nəzərdən keçirilib və PwC şirkəti Fondun kənar auditoru kimi təsdiq olunub.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri
barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti
iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.
Mədəniyyət