“İrəli “əmrini səbirlə gözləmiş Azərbaycan xalqı

“İrəli “əmrini səbirlə gözləmiş Azərbaycan xalqı


1988- ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirilmiş, hərbi təcavüz nəticəsində torpağımızın 20 faizi işğal olunmuşdur.
Aydın məsələdir ki, düşməndən sülhə gəlmək insafını sonsuzadək gözləyə bilməzdik. ATƏT-in MİNSK qrupunun illərdir davam edən səfərlərinin, danışıqlarının,həmsədr dövlətlərinin heçnə ifadə etməyən standart bəyanatlarını çox gördük. Onlar Ermənistanın işğal altında olan torpaqlarımızı özününküləşdirməsinə, məskunlaşdırılmasına, Azərbaycana məxsus təbii sərvətləri çapıb-talamasına, həyasızcasına Azərbaycan tərəfinə meydan oxumasına rəvac verirdilər. “Münaqişənin bir yolu var,oda sülh yoludur” söyləməklə məsələnin uzanmasına cəhd göstərirdilər.
Qarabağ torpağının düşmən tapdağı altında inlədiyi bir vaxtda hamı döyüş əmrinin veriləcəyi günü səbirsizliklə gözləyirdi. İşğal etdiyi torpaqları geri qaytarmayacağına əmin olan düşmən növbəti dəfə 27 sentyabr 06:00-da silaha əl ataraq bütün istiqamətlərdən Azərbaycan ərazisini artilleriya atəşinə tutdu. Beləliklə cavab vermək zorunda qalan Azərbaycan xalqı Qarabağı azad etmək uğrunda Vətən müharibəsinə başladı.
Nəhayət qisas anı gəldi. Ali Baş Komandan İlham Əliyev xalqımızın və ordumuzun çoxdan gözlədiyi “İrəli “ əmrini verdi – “Azərbaycan əsgəri, söz indi sənindir! Azərbaycan xalqının nəyə qadir olduğunu göstərmək, müqəddəs Vətən torpaqlarını düşmən ləpirindən təmizləmək zamanıdır! Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illərdir çalışaraq dünyanın əlli ordusu sırasında yer alan vətənpərvər əsgər və zabitlərdən ibarət milli ordu yaratdı. Azərbaycan Ordusunun bütün ehtiyaclarını qarşıladı, daim kifayət qədər vəsait ayırdı. Ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırdı. Düşmənin yeddi şərtinə bir şərtlə - “Ermənistan şərtsiz Azərbaycanın bütün ərazilərini tərk etməlidir“ şərti ilə cavab verərək“ təmizləmə əməliyyatı“ na başladı.
İllərlə ermənilərin yaratdığı mifi məhv etmək üçün əsgər və zabitlər yola çıxdılar. Yenə Ağdamda muğam səsi eşidiləcəyinə, Arazın bu və digər hissəsini birləşdirən Xudafərinin yenidən birlik simvolu olacağına, Xarıbülbülün yenidən Şuşada böyüyəcəyinə inanırdılar. Tam əminliklə deyə bilərik ki, müharibədə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Azərbaycan Ordusu müasir silahlardan istifadə edərək sürətlə irəlilədi, düşmənin bütün hərbi texnikalarını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ordumuz əks -həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin raketlərini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. Ordumuzun uğurlu əks -həmlə əməliyyatları nəticəsində 9 noyabradək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8- də Qarabağın ürəyi sayılan,incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tarixinin yeni şanlı səhifələri qızıl hərflərlə yazılır. Otuz il bizə meydan oxuyan düşmən bizim qarşımızda diz çöküb ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Çoxlu sayda şəhid verərək işğal altında qalan Ağdamı silahsız, şəhidsiz azad etdik.
Ali Baş Komandanımız, xalq Sizə və ordumuzun bizə bəxş etdiyi qələbəyə - Böyük Qələbəyə qovuşacağına inanırdı və bu inam 44 günlük Vətən müharibəsində gerçəkləşdi.

Rəna Kərimova,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin tarix müəllimi

  • Нравится
  • 0
  • Sylvia
  • 20-12-2021, 18:24
  • : 18:24
Defrost frozen foods in minutes safely and naturally with our THAW KING™.


50% OFF for the next 24 Hours ONLY + FREE Worldwide Shipping for a LIMITED

Buy now: thawking.store

Also visit my page ... fast thawing tray
действия
Mədəniyyət