Kəlbəcər və Laçın rayonlarında bərpa-quruculuq işləri
- 20.08.2021, 19:11,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 257
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi-iqtisadi əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunan torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımından strateji təsirləri vardır. Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib ifrastruktur layihələri proseslərin geri dönməzliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyllərə baxmayaraq, regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. Ermənistan silahlı qüvvələrinin mövqelərimizi atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və bu da ölkəmizin, o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir.
Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi səfərlər etməsi bu ərazilərdə aparılan abadlıq-quruculuq işlərinə daha da geniş vüsət verir. Kəlbəcər rayonunun strateji mövqeyini nəzərə alsaq burada tikilən hər bir tunel, su elektrik stansiyası və digər infrastruktur layihələri xalqımız üçün çox əhəmiyyət kəsb edir. Şərqi Zəngəzur və Qarabağ bölgəsində çox böyük “yaşıl enerji” zonaları yaradılacaq ki, bu həm bölgənin ekoloji vəziyyətinə, həm də sosial-iqtisadi durumuna çox müsbət təsir göstərəcəkdir. Əlbəttə ki, yeni tunellərin inşası, yol infrastrukturunun yaxşılaşdırılması gələcəkdə gözəl və səfalı təbiətə malik, çoxlu mineral sularla zəngin olan Kəlbəcər və Laçın rayonlarına əhəmyyətli sayda turistlərin gəlməsinə stimul yaradacaqdır. İşğal zamanı mənfur ermənilər bu əraziləri tamamilə məhv etmiş və bu barbarlığın nişanələri bu gün də bariz şəkildə özünü büruzə verir.
Cənab İlham Əliyevin bölgəyə səfəri çərçivəsində bir sıra yeni layihələrin təməli qoyulmuşdur. Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin, Laçın rayonu ərazisində hava limanının təməlinin qoyulması çox mühüm əhəmiyyətə malikdir. Bu layihələr əsasında Şərqi Zəngəzurla Qarabağın hərtərəfli inkişafı planlı şəkildə həyata keçiriləcəkdir. Laçın rayonunda tikiləcək hava limanı çox böyük strateji əhəmiyyətə malik olacaqdır. Belə ki, bu hava limanından həm mülki, həm də hərbi məqsədlər üçün istifadə etmək mümkün olacaqdır. Dünyanın ən müasir standartlarına cavab verəcək bu hava limanı ölkəmizdə ən hündür aeroport statusuna malik olacaqdır. Bölgəyə gediş-gəlişin və xarici turizmin cəlb olunması üçün çox geniş imkanlar yaradan bu hava limanı Qarabağın sosial-iqtisadi inkişafında çox əvəzsiz töhfələr verəcəkdir. Bundan əlavə Zəngilan və Fizuli hava limanlarının istifadəyə verilməsi ilə gözəl Qarabağımız əvvəlki şan-şöhrətini yenidən özünə qaytaracaq və burada iqtisadi və sosial həyatın daha da canlanmasına səbəb olacaqdır. Eyni zamanda bölgədə su ehtiyyatlarının zənginliyini nəzərə alsaq burada tikilən su elektrik stansiyası, tunellər və avtomobil yolları vəhdət şəkildə ölkəmizin iqtisadiyyatına çox böyük dividentlər gətirəcəkdir.
Müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcər və Laçın rayonlarına səfəri bir daha təsdiq edir ki, artıq regionlarda yeni düzən formalaşıb və nəinki bu bölgələr ölkələri, eləcədə bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.
Starə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru