Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluqla bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Əziz oxucular!
"aztv.news” və "qaynar-xett.az” informasiya xəbər portallarının baş direktorları Seymur Məmmədov və Zaur Əhmədov Kürdəmir Suvarma Sistemləri İdarəsində olublar. Lakin sözgedən idarənin rəisi Rövşən Xələfov özünün qeyri-peşəkarlığı və aqressivliyi ilə hər iki jurnalisti qapıdan içəri buraxdırmayıb. Belə ki, özünün bu əməlinə bəraət kimi bu fikirləri səsləndirməkdən də çəkinməyib: "Jurnalist kimdir ki, ona kim səlahiyyət verib ki, gəlib məni – idarə rəisini soröu-suala çəkə?..”
Hörmətli Rövşən Xələfov!
Qısa xatırlatma ilə diqqətinizə çatdırırıq:
Jurnalist cəmiyyətdə baş verən hadisələri, hüquqları pozulmuş vətəndaşların problemlərini işıqlandırmağa, medianın öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışır. İstənilən məmurun da vəzifə borcu medianın, vətəndaşların haqqı olan bütün bilgiləri topluma açıqlamaqdır.
Özü normal ünsiyyət yaratmadığı ünün bu gün Rövşən Xələfovun rəsi olduğu Kürdəmir Suvarma Sistemləri İdarəsində baş verənləri oxucuların diqqətinə çatdırırıq:
Kürdəmir Suvarma Sistemləri İdarəsində böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu düzgün müəyyən edə bilməyiblər. Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Burada su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir.Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Suya qənaət olunması üçün bu işə xarici mütəxəssislər cəlb edilməlidir. Bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir.
Mövzunu diqqətdə saxlayacağıq…
Qarşı tərəfin də mövqeyini dərc etməyə razıyıq…