Azərbaycan Respublikası Qarabağ Qaziləri Amputant Futbol Federasiyasının prezidenti Rövşən Quliyevin uğurlu addımları

Azərbaycan Respublikası Qarabağ Qaziləri Amputant Futbol Federasiyasının prezidenti Rövşən Quliyevin uğurlu addımları

Atıq neçə illərdir ki, ölkəmizin ərazisində fəaliyyət göstərən və Avropanın bir çox ölkələrində yaxından tanınan “Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası”nın atdığı addımların mahiyyəti, bu gün daha geniş ictimaiyyətin müzakirə etdiyi mövzulardan biri olur. Düzdür, ötən illər ərzində aidiyyatı dövlət qurumlarında müxtəlif yönümlü ictimai təşkilatlar, birliklər, cəmiyyətlər və s. rəsmi dövlət qeydiyyatından keçsələr də, məhz onların hər birinin fəaliyyəti əsasında ortaya fərqli yanaşmalar qoyulur. Amma, Rövşən Quliyevin rəhbərlik etdiyi bu Federasiyanın fəaliyyəti isə, əksər qurumlardan fərqli olaraq zaman-zaman hər kəs tərəfindən qiymətləndirilmiş və layiq olduğunu qiymətini də almışdır. Çünki, bu elə bir qurumdur ki, burada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əlil olmuş insanlar birləşiblər və onların hər birinin yaşadığımız cəmiyyətə inteqrasiya olunmaları, müdafiələrinin təşkili və s. sanki olduqca vacib şərtlərdəndir. Onu da unutmaq olmaz ki, “Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası”na Rövşən Quliyev rəhbərlik etdiyi müddət ərzində, bu komandanın həm xarici ölkələrdə, həm də ölkə daxilindəki fəaliyyəti nəticəsində əldə etdiyi uğurları çox olmuşdur. Əslində bu qurumun yaradılması və fəaliyyətə başlaması, Azərbaycanın haqq işi uğurunda aparılan mübarizədə əlil olmuş insanlara həm yeni həyat, həm də yeni nəfəs bəxş etməsi ilə nəticələndi.
Daha çox diqqəti cəlb edən halın varlığı isə, bu qurumun “Dünya Amputant Futbol Federasiyası” və “Avropa Amputant Futbol Federasiyası”nın təşkilatçılığı ilə keçirilən bir çox beynəlxalq konqreslərdə iştirak etməsi və həmin vaxtlarda Azərbaycan həqiqətlərinin dünya ölkələri arasında təbliğ etməsi olur. Yəni, onu vurğulamaq istəyirik ki, “Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası”na rəhbərlik edən şəxslər, keçirilən idman yarışlarından sonra Avropa ölkələrinin bir çox televiziya kanallarına, bəzi media qurumlarına müsahibələr verərkən, onlar Azərbaycan Respublikasının multikultural dəyərlərə sadiq bir ölkə olduğunu, bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini, o cümlədən I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini, dövlətimizin müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara və s. kimi kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğının varlığını, Ermənistanın heç bir əsas olmadan ölkəmizə qarşı ərazi iddiasına düşməsini və bunun qarşlığında 20% torpaqlarımızı ələ keçirmələrini, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasını dilə gətirib, bu yöndə təbliğatlarını həyata keçirirlər.
Bir faktı da qeyd edək ki, müxtəlif mənbələrdən, media üzərindən apardığımız müəyyən araşdırmalardan, “Qarabağ Əlil Döyüşçü Futbol Federasiyası”nın rəhbəri Rövşən Quliyevin və vitse-prezident, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovun yerli və xarici xarici televiziya kanallarına, bəzi media qurumlarının əməkdaşlarına müsahibələr verərkən, onlar daim Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ qazilərinə göstərdikləri diqqəti, yaratdıqları şəraiti və digər köməklikləri dilə gətirib, bu yöndə ağızdolusu danışmaqla, onlara minnətdarlıq hisslərini və təşəkkürlərini bildirirlər. Hətta, Rövşən Quliyev etdiyi çıxışlarında “Biz daima Ali Baş komandanın tapşırıq və tövsiyyələrinə ürəklə əməl edir, bu yolda uğurlu addımlarımızı atırıq. Qarabağ döyüşlərində əlil olan futbolçu idmançılarımız Vətən uğrunda döyüşlərdə yenidən iştirak etmək üçün, bu gün Ali Baş Komandan cənab İlham Əliyevin verəcəyi əmri gözləyirlər” deməyi də unutmur.
Yəqin ki, o da hər kəsə bəllidir ki, bugünə kimi “Avropa Amputant Futbol Federasiyali Asosiyasiyası”nın (EAFF) təşkilatçılığı ilə Azərbaycanın “Qarabağ Əlil Döyuşçülər Futbol Federasiyası”nın (QƏDFF) yığma komandası arasında İtaliya, Rusiya və Gürcustan dövlətlərinin yığma komandaları arasında, bir neçə dəfə beynəlxalq yoldaşlıq görüşləri keçirilib və hər bir görüş öz əhəmiyyətinə görə, sanki yaddaşlara da həkk olunub. Onu da vurğulamaq yerinə düşər ki, “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyası”nın şəxsi heyyəti Avropa ölkələrində keçirilən idman yarışlarından sonra Fəxri Xiyabana üz tutur və Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra, onun məzarı önünə gül dəstələri düzürlər.
Bundan əlavə onlar Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini, həmçinin Şəhidlər Xiyabanında Şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət edib, onların da məzarları üzərinə gül dəstləri qoyurlar. Bu yöndə atılan addımların hər biri, müasir tariximizin yaşadılmasına göstərilən diqqət və qayğının varlığıdır. Çünki, çox hörmətli Rövşən Quliyevin rəhbərlik etdiyi “Qarabağ Əlil döyüşçüləri Futbol Federasiyası”, bu gün nəinki idman yarışlarında iştirak edir, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılmasında həm təbliğatçı, həm də təşviqatçı rolunu da oynayır.
Əldə etdiyimiz müəyyən məlumatlara görə, “Qarabağ Əlil Döyüşçülər Federasiyası” 2022-ci ildə keçirilməsi nəzərdə tutulan dünya çempionatına vəsiqə əldə edib. İnanırıq ki, keçirilməsi planlaşdırılan bu beynəlxalq yarışda Federasiya üzvləri yeni bir uğura imza atıb, doğma Azərbaycanımızın adının bir daha zirvələrə ucaldılmasına səbəb olacaqlar. Ona görə də, belə bir halların varlığını nəzərə alıb, başda Rövşən Quliyev olmaqla Federasiyanın hər bir üzvünə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Hazırladı: Tamella Fərazi

[

Mədəniyyət