"Lotu Quli"yə müharibə elan edildi

  • 08.05.2019, 09:57,
  • Gündəm
  • Baxılıb: 301


Azərbaycanlı "qanuni oğru"lar 1 nömrəli mafioz həmyerliləri Nadir Səlifova (Lotu Quli) qarşı müharibə elan ediblər.

Beş.az rosbalt-a istinadən xəbər verir ki, Quliyə qarşı müxalif birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və hazırda uzunmüddətli həbs cəzası çəkən Əli Heydərov ( Albert Gəncinski) daxil olub.



Bu qrupun məqsədi Lotu Qulinin təkcə Rusiyadakı obyektlərinə sahiblənmək deyil, ümumiyyətlə onun mövqeyini zəiflətməkdir.

Onlara Vaqif Süleymanov (Vaqif), Arif Mehdiyev (Arif Sumqaitski), Yunus Nəzərov (Yunus Yasamalski) kimi adlı-sanlı qanuni oğrular dəstək verir. Düzdür, onlar bu dəstəyi açıq şəkildə etmirlər və Lotu Quli ilə açıq münaqişəyə girmək planları da yoxdur.

Deyilənə görə, müxalifətçilərin maliyyə mənbəyi 2016-cı ildə İstanbulda güllələnən Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxınlarıdır. Çünki onlar Lənkəranskinin qətlində Lotu Qulinin əlinin olduğuna inanırlar.

"Rosbalt" ın mənbələri hesab edir ki, bu münaqişə söz-söhbətlə bitməyəcək, tərəflər daha qətiyyətli hərəkətlərə keçəcəklər.
Mədəniyyət