Heydər Əliyev və Azərbaycançılıq

  • 02.12.2024, 21:41,
  • Təhsil
  • Baxılıb: 53
Heydər Əliyev və Azərbaycançılıq
Zaman zaman hər bir xalqın inkişafında müstəqil xidmətlər göstərmiş şəxsiyyətlər yetişir.
Azərbaycan xalqı da bu baxımdan tarixi şəxsiyyətlər yetişdirib.
Xalqımıza göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəldib.
Bu xidmətlərin nəticəsi kimi hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram kimi qeyd olunur.
Məlum oldugu kimi bu il 101 illiyini qeyd etdiyimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı.
Heydər Əliyev həmişə Azərbatcan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətdə oldugu dövrlərdə elmin inkişaf etdirilməsinə ardıcıl surətdə qaygı göstərmiş,alimləri cəmiyyət həyatının diqqət mərkəzinə çəkmiş və onların elmi ideyalarından və cəmiyyətdəki nüfuzundan istifadə etməklə prosesləri irəliyə dogru istiqamətləndirmişdir.
Ölkəmizdə elmi işçilərin əməyi şərəflidir,onlara ehtiram göstərilir.
Azərbaycan elminin və Elmlər Akademiyasının vəzifələrinin müəyyənləşdirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin qəbul etdiyi tarixi qərarlar,irəli sürdüyü ideyalar,həyata keçirdiyi islahatlar uzunmüddətli proqram rolunu oynamışdır.
Dövlət xadimi Heydər Əliyev Azərbaycan elminin və Elmlər Akademiyasını dövlət müstəqilliyinə dogru hazırlamışdır.
Həyatını xalqının,vətəninin inkişafına və tərəqqisinə həsr edən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinə,elminə və milli-mənəvi dəyərlərinə xüsusi həssaslıq və qaygı ilə yanaşmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və xalqımız bu xidmətləri hər zaman çox yüksək qiymətləndirir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan elm xadimlərinə hər zaman xüsusi qaygı ilə yanaşmışdır.
Ulu öndər Heydər Əliyev demişdir:”Mən elm xadimlərinə həmişə böyük hörmət və ehtiramla yanaşmışam”.
Ulu öndər onların əməyini yüksək qiymətləndirmiş,dövlət təltifləri ilə mükafatlandırmışdır.
Ulu öndər Heydər Əliyev xalq və dövlət qarşısında misilsiz xidmətlərinə görə hər zaman qədirbilən xalqımızın qəlbində əzəli və əbədi yaşayacaqdır.
Bugün Prezident cənab İlham Əliyev Ulu öndərin məqsədyönlü milli dövlətçilik,elm,təhsil,mədəniyyət və iqtisadi siyasətini ugurla davam etdirir və elm adamlarına həssaslıqla yanaşır.
Ulu öndər ümummilli lider Heydər Əliyevin siyası davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının müstəqillik dövrününün tələblərinə uygun olaraq inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atmışdır.
Müstəqil dövlətimiz Heydər Əliyev siyasi kursunu ugurla davam etdirir.
Kəşfləri ilə dünya elminə töhvə vermiş Azərbaycan alimlərinə dövlətimiz tərəfindən böyük diqqət,qaygı göstərilir.
Alimlər digər insanlardan öz bacarıq,savad və düşüncələri ilə fərqlənirlər.
Bütün elm sahələrindən olan alimlərimizin dəstəklənməsində Ulu öndər Heydər Əliyevin böyük diqqət və qaygısı olub.
Bu gün Ümummilli Lider siyasi kursu Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilir.
Akademiklərin,alimlərin,elmi tərəqqisinə xüsusi diqqət ayrılır.
Ulu öndər Heydər Əliyev,Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva görkəmli elm xadimlərinə həmişə xüsusi diqqət və qaygı ayırır.

Zöhrə Səmədova.
Mədəniyyət