Azərbaycanlı məşhur: "Yaşaya-yaşaya ölmək..."

  • 08.05.2019, 17:20,
  • Şou
  • Baxılıb: 421
Azərbaycanlı məşhur: "Yaşaya-yaşaya ölmək..."



"4 il əvvəl bu ayın tarixində etdiyim ən böyük səhv qərar... Ana məni bağışla, sənsiz çox acizəm, gücsüzəm, qarmaqarışığam. Yaşaya-yaşaya ölmək budur, bunu mənə öyrətməmişdin, getdin... Bunu da yoxluğunla öyrətdin... Sənsiz həyat qorxunc, təhlükə dolu, ağ-qara görünür. Nəvələrin şəkillərinə baxıb səni soruşur" .

Bu sözləri müğənni Sevda Sanalıyeva sosial şəbəkədə vəfat etmiş anası haqqında yazıb. O, etiraf edib ki, anasının yoxluğuna hələ də alışa bilmir:

"Ana, sənsiz və yiyəsiz olmaq çətindir. Sənə bütün suallarımı vermişdim, amma yaşasaydın, soruşardım ki, məni tək necə böyüdə bildin? Mənə göz yaşını göstərmədin axı, zəif anlarım olmadımı heç? Oldusa bunu, necə gizlətdin məndən? Mən sənə oxşamaq istəyirəm, səni fikirləşib sənin qırarlarını vermək və sənin kimi hərəkət etmək, sənin kimi güclü olmaq istəyirəm. Amma bağışla məni..."
Mədəniyyət