Kərimdən duyqusal paylaşım — "Məni yetim qoyub getdin"

  • 07.05.2019, 12:20,
  • Şou
  • Baxılıb: 327
Kərimdən duyqusal paylaşım — "Məni yetim qoyub getdin"




Müğənni Kərim Abbasovun atası dünyasın dəyişib.
beş.az "Ölkə.Az"a istinadən xəbər verir ki, ifaçı bu barədə özü İnstaqram səhifəsində məlumat verib.

O, atasının fotosunu paylaşaraq, bu sözləri əlavə edib.

"Məni yetim qoyub gedən atam lay-lay. Sənsizliklə imtahana tez çəkdin məni. Sən mənim başımın tacı idin. Dərdimə əlac idin. Səssiz-səmirsiz, fikir edən canına qurban olum ata. Atasız yetim kəlməsi, bu gündən sonra mənimlədir. Allah sənə qəni-qəni rəhmət etsin. Sən gör necə gözəl insan olmusan ki, Ramazan ayında haqqın rəhmətinə qovuşdun. Yat rahat yat. Oğlunun yanında rahat yat. Qardaşımı itirdim, səni itirdim. Mənidə gözləyin gələcəyəm yanınıza."
İnstaqram izləyiciləri də Kərimin acısına şərik çıxıblar. Ona başsağlığı mesajları yazaraq təsəlli ediblər.
Mədəniyyət