Ata 15 yaşlı oğlunu dörd il zorladı - Ana həqiqəti biləndə şoka düşdü - FOTO
- 30.04.2019, 14:54,
- Hadisə
- Baxılıb: 258
Facebook
Вконтакте
Одноклассники
Google+
Malatyada kişi 15 yaşlı oğluna təcavüz edib.
Beş.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 yaşlı oğluna 4 il ərzində təcavüz edən C.A 25 il azadlıqdan mərhum edilib.
Belə ki, ana Y.Ç.A 15 yaşlı oğlu G.A-nı siqaret çəkərkən tutub. Qadın oğluna qalxanabənzər vəz xərçəngi olan atasının bunu bilsə üzüləcəyini bildirib. Bu zaman G.A atasının 4 il ərzində ona təcavüz etdiyini bildirib. Oğlunun dediklərindən dəhşətə düşən ana polisə zəng edərək ərindən şikayətçi olub. Bundan əlavə qadın ərindən boşanmaq üçün də məhkəməyə ərizə verib.
Psixoloq vasitəsilə ifadə verən G.A atasının ona 4 il ərzində təcavüz etdiyini bildirib: "Atam məni 4 il ərzində onunla cinsi münasibətə girməyə məcbur edib. Məni təhdid edib bildirdi ki, kiməsə desəm məni öldürəcək".
Saxlanılan C.A arvadının onunla boşanmaq üçün belə böhtan atdığını bildirib.