Polis Azərbaycanda bu videodakı şəxsləri axtarır - VİDEO

  • 13.05.2019, 16:57,
  • Sosial
  • Baxılıb: 413
Polis Azərbaycanda bu videodakı şəxsləri axtarır - VİDEO




Sosial şəbəkədə Nərə balığının qanunsuz ovlandığı ilə bağlı görüntülər yayılıb.

Beş.az BAKU.WS-ə istinadən xəbər verir ki, yayılan video sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Çünki çəkilən videoda körpə nərə balıqları da balıqçıların torundan yan qaça bilmir.

Qeyd edək ki, Nərə balığının ovuna icazə olmasa da, "qara bazar"da bu balıqlara və kürüsünə rast gəlmək olur. Nərə balğının kilosu qış aylarında 50 Azn, yay aylarında isə 35 Azn olduğu deyilir.

Videonu yayan şəxslə əlaqə saxladıq, lakin o videonun harada və necə çəkildiyi barədə məlumatı olmadığını bildirdi.

Məsələyə münasibət bildirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirdi ki, artıq video ilə bağlı polisə mürciət olunub və həmin şəxslər axtarılır:

"Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir. Bunu bakuws-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

"İndi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadara səbəb olacaq".

İ.İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir. Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya Nazirliyə məlumat verməkdir. Məncə bu cür yanaşma daha effektiv və faydalı olar.

Onu da deyim ki, balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır.
Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa çağırırıq".

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində sənaye, elmi tədqiqat və nəzarət, təhsil və maarifləndirmə, habelə akvakultura məqsədləri ilə balıq və digər su bioresurslarının ovu üçün kvotaların bölgüsü "2019-cu il üçün "Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)" və "Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü"nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Nərə balığının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü Xəzər dənizi üzrə Elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar 1,6 ton, Akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar 4,5 ton təyin olunub.

Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrəAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavə ilə müəyyən edilmiş ümumi ov həcminə daxil edilmişdir.

Balıq və digər su bioresurslarının ovuna kvota almaq üçün nazirlik müraciət qaydası təyin edib.

Balıqçılıq subyektləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na 7 nömrəli əlavə ilə müəyyən edilmiş formada ərizə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinə müraciət edirlər.

Məsələyə münasibət bildirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova

Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların artrılması və mühafizəsi departamentinin baş müfəttişi İsmayıl Yunusov Nərə balıqlarının sənaye ovuna 201--cu ildən qadağa qoyuluğunu qeyd edib:
"Nərəkimilərin sənaye ovuna icazə veilmir. Onlar yalnız müəyyən olunmuş kvota ilə elmi-tədqiqat məqsədi ilə ovlana bilər. Digər növ balıqlar isə yanvar ayının 1-dən, may ayının 1-nə kimi icazə verilir. Sənaye məqsədi ilə balıq ovları isə aprel ayının 1-nə kimi Daxili su hövzələrində, Mingəçevir və Yeni kənd su anbarlarında, Xəzər dənizində sənaye məqsəi ilə balıq ovuna icazə var. Qanunsuz balıq ovlanmasına nəzarət isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Su Nəqliyyatında polis idarəsi kimi qurumlara həvalə olunub".

Mədəniyyət