Nazirlik: Azərbaycanda it və pişiklərin sayı artıb
- 03.05.2019, 22:55,
- Gündəm
- Baxılıb: 318
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda itlərin və pişiklərin populyasiyalarının artımı müşahidə edilir. Dünya təcrübəsində itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər".
BEŞ.AZ "Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda ötən il 250 min vaksin alınmışdısa, bu il 270 min vaksin sifariş verilib: "Vətəndaşın həyatı təhlükədədirsə, o, bu zaman özünü müdafiə etmək hüququna malikdir. Heyvanlar hücuma keçirsə, bu, o deməkdir ki, qırmızı xətti keçiblər. İlk olaraq, xəstəliyin artması deyəndə bunu əvvəlki illərlə müqayisə etmək lazımdır. Dünya təcrübəsinə görə heyvanların 70-75 faizi peyvənd olunarsa, bu artıq xəstəliyin qarşısını alır”.
Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır: "Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Bunun müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır. Hazırda oral vaksinasiya yoxdur, çünki olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”.