Bu qaydaları pozmaq olmaz – DYP-dən SƏRT XƏBƏRDARLIQ
- 24.04.2019, 20:20,
- Sosial
- Baxılıb: 337
Facebook
Вконтакте
Одноклассники
Google+
Son vaxtlar Azərbaycanda avtomobillərin ban şüşələrinə müxtəlif ölçülərdə dövlət gerbinin yapışdırılması halları çoxalıb, hətta trendə çevrilib.
Məsələ ilə bağlı BEŞ.az-a a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov söyləyib ki, Azərbaycan Respublikasının atributlarının gəzdirilməsi barədə konkret normativ sənədlər var.
V.Əsədovun sözlərinə görə, Azərbaycan bayrağının, Azərbaycan gerbinin gəzdirilməsi ilə bağlı tələblərə uyğun hərəkət edilməlidir:
"Nəqliyyat vasitələrində gerbin nümayiş etdirilməsi ilə bağlı inzibati xəta tərkibi yoxdur. Ancaq tövsiyyə edirik ki, dövlət atributları nəqliyyat vasitələrində nümayiş olunmasın. Vətəndaşların bu addımını dövlət atributlarına olan sevgi hissi kimi qiymətləndiririk. Lakin dövlət bayrağının və gerbinin nəqliyyat vasitələrinin ban şüşələrində nümayiş etdirilməsi üzrə qaydalar var ki, o qaydalara uyğun hərəkət edilməlidir. Bu qaydaları da pozmaq olmaz. Dövlət bayrağı yalnız dövlət nişanlı nömrələrdə əks etdirilir. Bu da qəbul edilmiş bir normativdir. Dövlət atributlarına hörmətlə yanaşmaq hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur".
Qeyd edək ki, buna görə cərimə nəzərdə tutulmur.