Bronxogen sistin irinləməsi diaqnozu qoyulan 12 yaşlı uşaq üzərində əməliyyat aparılıb

  • 24.04.2019, 20:39,
  • Səhiyyə
  • Baxılıb: 258
Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasında 12 yaşlı uşaq üzərində əməliyyat uğurla icra edilib.

Bronxogen sistin irinləməsi diaqnozu qoyulan 12 yaşlı uşaq üzərində əməliyyat aparılıb


Ağır vəziyyətdə klinikaya gətirilən xəstədə hərarətin yüksək olması, təngənəfəslik, döş qəfəsində kəskin ağrı əlamətləri müşahidə edilib.



Klinikanın baş həkimi Ramiz Poluxov bildirib ki, bronxogen və enterogen sistlər eyni embrioloji kökdən yararlanan inkişaf qüsurlarıdır və vaxtında aşkar olunaraq xaric edilməlidir. Həkimin dediyinə görə, sistlər vaxtında müəyyən edilmədikdə sistin irinləməsi kimi fəsadlara və xəstələrin bir neçə dəfə cərrahi müdaxiləyə məruz qalmasına gətirib çıxarır: “Döş qəfəsinin kompüter tomoqrafiyası müayinəsinə əsasən, uşağa bronxogen sistin irinləməsi diaqnozu qoyulub. Aparılan intensiv əməliyyatönü hazırlıqdan sonra xəstə üzərində sağ tərəfli torakoskopiya, irinləmiş bronxogen sistin drenajı əməliyyatı yerinə yetirilib. Əməliyyat zamanı sist boşluğundan 400 ml-ə qədər irin xaric edilib”.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Mədəniyyət