Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home1/pressdent/public_html/engine/classes/templates.class.php on line 205 Səhiyyə - Pressdent.az http://pressdent.az/ tr Səhiyyə - Pressdent.az DataLife Engine Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq… http://pressdent.az/gundem/1930-novbti-rusvtxor-hkimi-diqqtiniz-catdiririq.html http://pressdent.az/gundem/1930-novbti-rusvtxor-hkimi-diqqtiniz-catdiririq.html Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…
Azərbaycan Qədim devirlərdən səhiyyə sahəsində dədə babalarımızın təbii bitkilər vasitəsi ilə xalqımızı müalicəsi ilə məşğul olub. Nağıllarımızda da Həkim babanın xalqına təmənnasız xidməti haqqında geniş şəkildə göstərilir.
Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezitenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının Azərbaycan səhiyyəsinə verdiyi diqqət və qayğısı nəticəsində ölkədə fəaliyyət göstərən dövlət səhiyyə ocaqları beynəlxalq səviyyədə bərpa və təmir işləri göz önundədir.
Lakin bəzi dırnaq arası həkimlərin rüşvət almaqla Ulu Öndərimizin ruhuna və Dövlət başçısına xəyanət edir. Bu əməlləri ilədə əhalinin hakimiyyətə qarşı mənfi fikirlər yaranmasına səbəb olur.
Bu həkimlərdən biridə Bakı şəhər, Nizmi rayon 17 saylı uşaq polinkinikasının həkim pediatırı Natella Əlişova Alaverdi qızıdır. Belə ki, əməkdaşlarımızın araşdırması nəticəsində əldə edilən video faktla necə rüşvət aldığı göstərilir.
Növbəti rüşvətxor həkimi diqqətinizə çatdırırıq…

Onuda qeyd edək ki, Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə tanınmış məşqçisi Cülfayev Alaverdi Abbas oğlunun qızıdır.
Videonu diqqətinizə çatdırırıq.

]]>
pressdent Sat, 09 Mar 2024 11:15:07 +0400
SƏHİYYƏNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ http://pressdent.az/gundem/1228-shiyynin-inkisafi-diqqt-mrkzind.html http://pressdent.az/gundem/1228-shiyynin-inkisafi-diqqt-mrkzind.html  SƏHİYYƏNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ
Sivil, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan çiçəklənmə dövrünü yaşayır. İstənilən sahədə əldə olunan nailiyyətlərdən danışarkən, ilk növbədə müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli ictimai-siyasi, böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri qeyd edilir, yüksək qiymətləndirilir. Ölkəmizdə elə bir sahə tapılmaz ki, orada ulu öndərimizin fəaliyyəti hiss olunmasın, Azərbaycanın dövlət müstəqilliyini qazanması, bu tarixi nailiyyətin qorunaraq inkişaf etdirilməsi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması, onların həyat şəraitinin maksimum səviyyədə yüksəldilməsi, bir sözlə, həyatın bütün sahələrində əldə edilən müsbət nəticələr ümummilli liderimizin adı, tarixi xidmətləri ilə bağlıdır.
Heydər Əliyevin rəhbərliyi ilə və onun gərgin əməyi sayəsində Azərbaycanın qazandığı uğurlar təkcə 1993-cü ildən sonrakı dövrü əhatə etmir. Tam məsuliyyətlə deyə bilərik ki, bugünkü uğurların, həmçinin müstəqilliyimizin təməli ötən əsrin 70-ci illərində qoyulmuşdur. 14 iyul 1969-cu ildə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev qısa zaman ərzində Azərbaycanın hərtərəfli inkişafına nail oldu. Milli-mənəvi dəyərlərimizə, dilimizə, dinimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə edilən təcavüzlərin qarşısını ulu öndər qətiyyətlə aldı.
Digər sahələr kimi, səhiyyənin inkişafı da onun gərgin əməyinin bəhrəsidir. Milli kadrların hazırlanması siyasətini uğurla həyata keçirən ümummilli liderimiz qədim tarixə, zəngin ənənələrə malik olan tibb elminin hərtərəfli və daha sürətlə inkişaf etdirilməsi üçün müstəsna xidmətlər göstərmişdir. Əhalinin sağlamlığının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi, köməkliyi ilə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilərək xalqın ixtiyarına verildi. Respublikamızın hər bir vətəndaşı, o cümlədən səhiyyə sahəsində çalışanlar həyatın hər anında müdrik rəhbərin qayğısını hiss etmişlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət idarəçiliyi sahəsində yeni mexanizmin hazırlanaraq həyata keçirilməsi zərurəti yaranmışdı. Qeyd etməliyik ki, 1993-cü ilin ilk yarısına qədər o vaxtkı iqtidar belə bir mexanizmi hazırlaya bilmədi. 1993-cü ilin iyun ayında xalqın çoxsaylı xahişləri, təkidli tələb və müraciətləri ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın hərtərəfli və uzunmüddətli inkişaf proqramını hazırlayaraq onu uğurla həyata keçirdi. Uzaqgörən siyasətçi ölkənin sürətli inkişafını bütün sahələrdə əsaslı islahatların aparılmasında görürdü. Heydər Əliyevin qətiyyətli addımları sayəsində təhlükələrdən xilas olan Azərbaycanda tezliklə hər bir sahəni əhatə edən islahatlara başlanıldı. Sonralar ölkəmizin dünyaya inteqrasiya olunmasında bu islahatlar mühüm rol oynadı. Həmçinin bu, ölkəmizin sosial-iqtisadi həyatında yeni bir səhifə açdı. Səhiyyənin bugünkü uğurları da məhz bu sahədə aparılan islahatların nəticəsidir.
Heydər Əliyevin səhiyyə sahəsinə dair nəzəri baxışlarının və əməli fəaliyyətinin öyrənilməsinə hərtərəfli elmi-tədqiqat mövqeyindən yanaşmaq günümüzün ən aktual, ən fundamental sahələrindən biri kimi daha çox əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyev öz xalqının sağlamlığı, əmin-amanlığı naminə çox işlər görmüşdür.
Azərbaycan səhiyyəsinin inkişaf tarixinə, onun problemlərinə, bu sahədə qazanılmış təcrübəyə və mövcud reallıqlara ulu öndər Heydər Əliyevin münasibətini ifadə edən, xalqımızın gələcəyə inamla baxmasına imkan verən ümumiləşdirici məsələlərə, elmi və praktik təbabət sahəsində böyük nailiyyətlərə qədər minlərlə fakt və misal göstərmək olar.
Səhiyyə sahəsinə diqqətin artırılması və bu sahənin möhkəmləndirilməsi üçün ulu öndərin səyləri sayəsində Azərbaycan nəinki Ümumittifaq arenaya, hətta beynəlxalq miqyasda tanınmağa müvəffəq olmuşdur.
Yeni müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyi dövrdə səhiyyə insanların şüurunda, təhsilində, təlim-tərbiyəsində, bütün həyat tərzində öz əksini tapmışdır. Səhiyyənin maddi-texniki bazasını təkmilləşdirmək, əhalinin sağlamlığı sisteminin konsepsiyası işlənib hazırlanmışdır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən, cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçilərinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar.
Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm, deyə bilərəm ki, sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsuz”.
Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu islahatlar aparılır. Yeni xəstəxanaların, tibbi laboratoriyaların, tibbi müəssisələrin açılması geniş vüsət almışdır. Bu müəssisələr ən müasir avadanlıqlarla təmin edilmişdir. Əsası da odur ki, bu tibb müəssisələrində çalışan səhiyyə işçiləri insanlara, xəstələrə, yüksək tibbi xidmət göstərirlər.
Azərbaycanda əhalinin sağlamlığının qorunmasını yaxşılaşdırmaq məqsədilə ümummilli liderimiz Heydər Əliyevin göstərişlərinə uyğun olaraq səhiyyə sahəsində geniş islahatlar proqramı üzrə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində tibbi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmir və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin tibbi təminatının yaxşılaşdırılması, pulsuz tibbi xidmətin spektrinin genişləndirilməsi, dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi və digər məsələlər öz həllini tapmışdır. Bütün bunlar əhaliyə tibbi xidmətin keyfiyyətinin əsaslı surətdə yaxşılaşmasına imkan vermişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkədə tibbin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.
Bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin qurduğu dövləti daha da möhkəmləndirir, inkişaf etdirir. Biz fəxr edirik ki, böyük öndərin ideyalarını həyata keçirməyi qarşısına əsas məqsəd qoymuş hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin əməllərinin təntənəsini görür. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacağıq, onu həyat davam etdikcə yaşadacağıq.

Fərhad Səfərov,
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi

]]>
pressdent Wed, 24 Jun 2020 12:45:09 +0400
ANOS.ANOS.ANOS http://pressdent.az/gundem/1227-anosanosanos.html http://pressdent.az/gundem/1227-anosanosanos.html ANOS.ANOS.ANOS

Redaksyamıza daxil olan ilginc məlumatla əlaqədar bir necə mətbuat qurumunun birgə araşdırması nəticəsində Bakı şəhərində Qida məhsullarının istehsalı və şatışı ilə məşqul olan Başkent kafe və restoranlar şəbəkəsinin vitrinlərində bərli – bəzəkli görünən, şirinyat məhsullarının hazırlandığı sexin heç bir sanitar – gegenik qaydalara uyğun gəlmədiyinin şahidi olduq.

Bildirmək istəyirik ki, deyilən ünvanda olduqda bizi şoka salan məqamların şahidi olmaqla yanaşı, Avtomabillərin təmir olunduğu müəssənin həyətində hisin – pasın içərisində normal qapısı pencərəsi olmayan sexin içərisində, divarlarda natəmizliyin açıq – aydın müşahidə olunduğu bu məkanın qida istehsalı ilə məşqul olması bizi olduqca məyyus etdi.

TAM TƏFSİLATIYLA HAL-HAZIRDA HAZIRLADIĞIMIZ GENİŞ VİDEO SURJET və MƏQALƏMİZDƏ TANIŞ OLA BİLƏRSİNİZ BİZİ İZLƏYİN]]>
pressdent Sun, 21 Jun 2020 15:11:07 +0400
"Loğman" klinikasında qəssabxana qaydaları http://pressdent.az/gundem/1212-logman-klinikasinda-qssabxana-qaydalari.html http://pressdent.az/gundem/1212-logman-klinikasinda-qssabxana-qaydalari.html "Loğman" klinikasında qəssabxana qaydaları

Xatırladaq ki, iki il bundan əvvəl paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən "Loğman" klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşmüşdü. Nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olubmuş. Redaksiyamıza müraciət edən Ucar rayonu Bərgüşad kəndinin sakini Dadaşova Nazxanım Qasım qızı adlı xəstənin yaxınları da doğmalarının bu klinikadakı səhlənkarlığın qurbanı olduğunu deyirlər. Əməliyyat olunduqdan sonra evə buraxılan xəstə bir neçə gündən sonra vəfat edib. Xəstənin yaxınları bunun səbəbi kimi onun əməliyyatında iştirak edən İlham, Mahir və Kəmalə adlı həkimləri, əsasən də baş həkim Lika Şıxıyevanı günahlandırırlar. Onlar bildirib ki, başdan-başa bazar qaydaları ilə idarə olunan klinikanın həkimləri də savadsızlıqları ilə diqqət çəkirlər: "Klinikanın qapısından girəndən pul verirsən, amma əvəzində naşı həkimlərin əlinə düşürsən. Bunları yoxlayan yoxdurmu? Səhiyyə Nazirliyi hara baxır? Onlar bu adamların hardan diplom aldıqları ilə maraqlanmırlarmı? Elə bil, qəssabdırlar". Diplomdan söz düşmüşkən, apardığımız araşdırmalardan aydın olur ki, sən demə, hazırda "Loğman" Klinikasının baş həkimi vəifəsini tutan Lika Şixiyeva özünü bu gün "məşhur cərrah" kimi təqdim etsə də, əslində o, heç də iddia etdiyi kimi Tibb Universitetinin məzunu deyil. Lika xanım Azərbaycan Beynəlxalq Universitetini bitirib və oranı da hansı üsulla bitiridilər, orada hansı təhsili verirdilər... bu da hər kəsə aydındır. Bununla bağlı bizə müraciət edən xəstə yaxınlarından biri onu da vurğuladı ki, hazırda saxta diplomlu baş həkim risqli əməliyyatlara belə girir: "Görün, insanlarımızın taleyi kimlərin əlindədir. Mənim yaxın adamım hazırda orada müalicə alır. Pulunu ödədiyimdən, müalicəni yarımçıq dayandıra bilmirəm. Çünki yeni müalicəyə pulumuz yoxdur. Nəticəsini gözləyirəm, bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edəcəm". Onu da qeyd edək ki, Lika xanımın son model iki avtomobili, Bakıxanov qəsəbəsində villası olsa da heç bir xəstəyə qiymətdə güzəştə getmir. Onların sağlamlığını düşünməyən L.Şıxıyeva daha çox cibini doldurmaqda maraqlıdır. Elə Nazxanım Dadaşovanın da 4200 manat pulunu alsalar da nəticə göz qabağındadır. Qarşı tərəfi də dinləməyə hazırıq.]]>
pressdent Sun, 31 May 2020 23:09:12 +0400
"MİLANA HOSPİTAL"da həkim özbaşınalığı - FOTO http://pressdent.az/sehiyye/1175-milana-hospitalda-hkim-ozbasinaligi-foto.html http://pressdent.az/sehiyye/1175-milana-hospitalda-hkim-ozbasinaligi-foto.html "MİLANA HOSPİTAL"da həkim özbaşınalığı - FOTO]]> pressdent Tue, 28 Apr 2020 09:35:25 +0400 Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir http://pressdent.az/sehiyye/1083-gec-saat-3-5-arasi-yuxudan-ayilirsizsa-beyniniz-siz-bunu-demk-istyir.html http://pressdent.az/sehiyye/1083-gec-saat-3-5-arasi-yuxudan-ayilirsizsa-beyniniz-siz-bunu-demk-istyir.html Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir]]> xeber Thu, 16 May 2019 08:30:00 +0400 Qəhvənin bu xeyri yeni aşkarlanıb - İki fincan, iki il artıq yaşamaq... http://pressdent.az/sehiyye/1081-qhvnin-bu-xeyri-yeni-askarlanib-iki-fincan-iki-il-artiq-yasamaq.html http://pressdent.az/sehiyye/1081-qhvnin-bu-xeyri-yeni-askarlanib-iki-fincan-iki-il-artiq-yasamaq.html Qəhvənin bu xeyri yeni aşkarlanıb - İki fincan, iki il artıq yaşamaq...]]> xeber Thu, 16 May 2019 08:00:05 +0400 Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq http://pressdent.az/sehiyye/1001-usaq-tlb-v-hamillr-ucun-icbari-tibbi-sigorta-pulsuz-olacaq.html http://pressdent.az/sehiyye/1001-usaq-tlb-v-hamillr-ucun-icbari-tibbi-sigorta-pulsuz-olacaq.html Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq]]> xeber Wed, 15 May 2019 09:25:51 +0400 Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar http://pressdent.az/sehiyye/999-hec-bir-xstliyi-olmaya-olmaya-ozunu-xstlndirn-insanlar.html http://pressdent.az/sehiyye/999-hec-bir-xstliyi-olmaya-olmaya-ozunu-xstlndirn-insanlar.html Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar]]> xeber Wed, 15 May 2019 09:22:38 +0400 Qarında şişlik və spazm varsa diqqət edin! http://pressdent.az/sehiyye/990-qarinda-sislik-v-spazm-varsa-diqqt-edin.html http://pressdent.az/sehiyye/990-qarinda-sislik-v-spazm-varsa-diqqt-edin.html Qarında şişlik və spazm varsa diqqət edin!]]> xeber Tue, 14 May 2019 20:25:49 +0400