Diş ərpindən xilas olmağın təbii yolları
- 03.05.2019, 22:52,
- Səhiyyə
- Baxılıb: 337
Facebook
Вконтакте
Одноклассники
Google+
Diş ərpi dişlərdə dəliklərin, kariyesin və diş əti xəstəliklərinin əmələ gəlməsinə səbəb olur, müalicə olunmadıqda isə hətta insanı dişsiz qoya bilir.
BEŞ.AZ AZƏRTAC-a istinadən diş ərpindən mövcud qurtulma üsulları barədə məlumat verir.
Portağal qabığı. Hər dəfə siz portağalı yeyib ləzzət aldıqdan sonra qabığını atmayın. Onun köməyi ilə diş minasını təmizləmək mümkündür. Meyvənin qabığını əvvəlcə dişlərinizə sürtün, daha sonra ağzınızı su ilə yaxşıca yaxalayın. Bu, bakteriyalardan müdafiə üçün yaxşı vasitədir.
Çay sodası. Diş ərpinin aradan qaldırılmasında çay sodasından skrab kimi istifadə oluna bilər. Bir xörək qaşığı suya bir çimdik çay sodası əlavə edin, yaxşıca qarışdırdıqdan sonra diş fırçasının köməyi ilə məcun şəklində istifadə edin.
Küncüt toxumları. Küncüt toxumlarını gündə bir dəfə bir neçə dəqiqə ərzində çeynəməyi adət halına çevirsəniz, bu, düzgün olardı. Daha sonra dişləri təbii yolla təmizləməmişdən əvvəl ağızda əmələ gələn kütləni atmaq lazımdır. Dişlərin arasından toxumların qalığını çıxarmaq üçün mütləq quru diş fırçasından istifadə edin.
Vitaminli məcun. Bu məcunun hazırlanmasında bizə tərkibində C vitamini olan ərzaqlar lazımdır. Buraya pomidoru, çiyələyi və portağalı aid edə bilərik. Meyvə-tərəvəzi məcun halına gətirmək üçün onları mütləq qarışdırın, sonra 5-6 dəqiqəliyə dişlərə sürtün. Axırda ağızı ilıq su ilə yaxalamaq lazımdır. Bu, təkcə bakteriyaları məhv etmir, həmçinin nəfəsin təravətli olmasına şərait yaradır.