Ramazanda doğru qidalanın
- 11.05.2019, 08:00,
- İdman
- Baxılıb: 456
Facebook
Вконтакте
Одноклассники
Google+
Oruc tutulan saatlarda bədənimizdə yorğunluq, halsızlıq və davamlı yuxululuq hiss oluna bilər. Bu çox zaman imsak zamanı qidalanmamızda yol verdiyimiz yanlışlardan irəli gəlir.
Beş.az Türkiyə mətbuatına istinadən doğru hesab etdiyimiz yanlışlar barədə məlumat verir.
İmsaqda necə qidalanaq?
İmsakda yağlı, duzlu, şirin qidalar az qəbul edillməlidir. Bəzən oruc saatının uzunmüddətli olması səbəbilə bol kalorili qidalara üstünlük verilir. Ancaq bu yanlışdır. Əksinə, bu cür qidaları həzm etmək daha çətindir və onlar toxluq hissi vermir. İmsakda meyvə, tərəvəz ağartı məhsulları, qoz-fındıq və yumurta sizi gün boyu tox saxlayacaq.
İftarda nələr yeyilməlidir?
İftarı tərəvəz şorbası ilə başlamaq məqsədəuyğundur. Şorbadan sonra kiçik fasilə verib yeməyə keçə bilərsiniz. Ramazan ayında 30 gün ərzində orucu xəmir xörəkləri ilə açmaq kökəlməyə səbəb olur. Həm də sağlamlıq baxımından mənfi təsir göstərir. Çünki ağ undan hazırlanan xəmir xörəkləri qan şəkərinin tez yüksəlməsinə səbəb olur. Qan şəkərini normada saxlamaq üçün xəmir xörəklərini həftədə 2 və ya 3 dəfə yeyin. Ağ çörəyi isə kəpəkli, çovdar çörəyi ilə əvəz edin. Eyni zamanda, iftarda piroq, şorba, makaron və ya plovun yanında mütləq yüngül salat yeyin.