On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay

  • 13.05.2019, 16:34,
  • Hadisə
  • Baxılıb: 278
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay


Bakıda əmisi arvadını öldürməkdə təqsirli bilinən Səməd Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Beş.az teleqraf.com-a istinadən xəbər verir ki, Səməd Məmmədov paytaxtın Pirallahı rayonunda uşaq vaxtlarından birlikdə yaşadığı əmisi arvadı Səbinə ilə gizlin intim əlaqədə olub. Onların münasibəti 10 il davam edib.

Hadisədən bir neçə gün əvvəl Səməd Məmmədov Səbinənin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən əri Sabir Məmmədovla iki günlük uzunmüddətli görüşə gedəcəyi barədə xəbər alıb.

Bunu eşidən Səməd Məmmədovda qısqanclıq hissi oyanıb. Səbinəni həbsxanada ərinə qisqanan gənc məşuq uzun müddət tərgitdiyi spirtli içki içməyə başlayıb.

16 iyul 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən evə qayıdan Səbinə ilə mübahisə edib, daha sonra gecəni səhərəcən içki içib. Səhərə yaxın sərxoş vəziyyətdə yaşadığı evə gəlib. Giriş otağında Səbinə ilə yenidən mübahisə edib, otağın pəncərəsini əli ilə vuraraq sındırıb.

Onlar evin həyətindəki hamamda münaqişəni davam etdiriblər.

Səməd Məmmədov əmisi arvadına onu qadın kimi çox istədiyini, ərinin yanına gedərək uzunmüddətli görüşdə olmasını qısqandığını və bunu unutmaq üçün çoxlu spirtli içki qəbul etdiyini deyib. Bu sözlərə baxmayaraq, Səbinə onun sevgisinə laqeyd yanaşıb, həmçinin spirtli içki qəbul etməsinə iradını bildirib.

Bundan qəzəblənən Səməd Məmmədov arvadının baş nahiyəsinə yumruqla zərbə vurub, sonra onu itələyərək yerə yıxıb. Başı beton divarına dəyməsi nəticəsində qadın ölüb.

İstintaq orqanı tərəfindən Səməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Səməd Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səməd Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Səməd Məmmədov qeyd edib ki, 9 yaşından əmisini evində, onun ailə üzvləri ilə yaşayıb. Balıqçılıqla məşğul olan gənc əlavə edib ki, hadisə baş verən günü spirtli içki qəbul edib. Bu səbəbdən əmisi arvadı ilə mübahisə edib, mübahisə zamanı onu itələyib, qadının başı yerə dəyərək ölüb.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar açıqlayıb. Səməd Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.
Mədəniyyət